SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Çağırışyaşlı gənclər əsgərlərlə görüşüblər

19-10-2018, 15:45 | Oxunub: 8 787 |

Çağırışyaşlı gənclər əsgərlərlə görüşüblər

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Mədəniyyət nazirlikləri və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında gənclərin əsgərlərlə görüşü təşkil edilib.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, görüşdə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Tahir Məmmədli, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının zabiti, kapitan Orxan Seyidov çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.

Bildirilib ki, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası müasir maddi-texniki bazası, yüksək döyüş qabiliyyəti ilə seçilir. Son illər briqadanın ərazisində müasir standartlara uyğun yaşayış binaları, yeməkxana, anbarlar, müasir qazanxanalar və digər sosial-məişət obyektləri inşa edilib, hərbi hissə abad və yaraşıqlı şəhərciyə çevrilib. Bu gün şəxsi heyətin geyimi, qidalanması, yaşayış və məişət şəraiti diqqət mərkəzində saxlanılır. Bütün bunlar şəxsi heyətin mənəvi-psixoloji vəziyyətini daha da yüksəldir.

Sonra gənclərin silah-sursat və texnikaya baxışı olub. Onlar briqadanın ərazisində yerləşən əsgər yataqxanası, tibb məntəqəsi, təlim-tədris mərkəzi, klub, idman zalı və kitabxanaya da baş çəkiblər.

Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının konserti, eyni zamanda, gənclərin səsləndirdikləri şeirlər alqışlarla qarşılanıb.

Sonda gənclər əsgər yeməkxanası ilə tanış olub, əsgərlərlə birlikdə nahar ediblər.

Qeyd edək ki, 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə keçirilən görüşün məqsədi gənclərə vətənpərvərlik hissinin aşılanması, çağırışyaşlı gənclərin hərbi xidmətə hazırlanması, onların Vətənə məhəbbət, dövlətə sədaqət ruhunda tərbiyə olunması və əsgərlərdə ruh yüksəkliyinin artırılmasından ibarət olub. Görüşdən əvvəl Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifələrində qeydiyyat aparılıb və məhz qeydiyyatdan keçən həmin gənclər tədbirdə iştirak ediblər.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR