SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

İsrailin səfiri Dan Stav: Naxçıvan Muxtar Respublikası ilə İsrail arasında geniş əməkdaşlıq imkanları mövcuddur

19-10-2018, 15:28 | Oxunub: 166 |

İsrailin səfiri Dan Stav: Naxçıvan Muxtar Respublikası ilə İsrail arasında geniş əməkdaşlıq imkanları mövcuddur

Naxçıvan Azərbaycanın əhəmiyyətli və qədim diyarıdır. Bu gün Naxçıvan Muxtar Respublikası ilə İsrail arasında geniş əməkdaşlıq imkanları mövcuddur. Naxçıvanda kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Bu sahədə də qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək mümkündür.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bu sözləri müsahibəsində İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav deyib.

Səfir qeyd edib ki, Azərbaycanda 3 ildən artıqdır fəaliyyət göstərir və bu, onun Naxçıvana üçüncü səfəridir. “Naxçıvan mənim çox xoşuma gəlir, bu diyarı sevirəm. Səbəbi isə Naxçıvan təbiətinin İsrailə bənzəməsidir. Buranın təmiz havası, işgüzar sakinləri var. Nuh Peyğəmbərin məzarı da bu torpaqdadır. Bu diyarda qonaqları duz-çörəklə qarşılayırlar”, – deyən səfir yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR