SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda Dövlət Müstəqilliyi Günü silsilə tədbirlərlə qeyd olunub

19-10-2018, 15:24 | Oxunub: 112 |

Naxçıvanda Dövlət Müstəqilliyi Günü silsilə tədbirlərlə qeyd olunub

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan dövlət müstəqilliyini ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası, uzaqgörən siyasəti nəticəsində qoruyub saxlaya bildi.

Emtv.az xəbər verir ki, bu fikir Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin “Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin banisidir” mövzusunda keçirilən növbəti məşğələsində səsləndirilib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, ölkəmizdə milli dövlətçilik quruculuğu prosesi Ulu Öndərin 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işlədiyi dövrdə məhz onun tərəfindən həyata keçirilməyə başlanıb.

Vurğulanıb ki, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən çoxsaylı nailiyyətlər Ümummilli Liderimizin müstəqil Azərbaycanın gələcəyi üçün nəzərdə tutduğu bütün işlərin böyük uğurla həyata keçirildiyini sübut edir.

Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə elmlər doktoru Xəzər Hüseynov “Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin banisidir” mövzusunda çıxış edərək bildirib ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Liderin diqqət mərkəzində olan ən əsas məsələlərdən biri də Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi olub.

Xəzər Hüseynov deyib: “Heydər Əliyev yolu Azərbaycanı firavan gələcəyə aparan yoldur. Həm iqtisadi, həm mədəni, həm də mənəvi inkişaf dahi şəxsiyyətin dövlətçilik ideologiyasının əsas qayəsidir. Bu siyasət hazırda ölkəmizdə, o cümlədən muxtar respublikamızda uğurla həyata keçirilir”.

Sonda Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR