SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

“Türkiyə dünya miqyasında böyük gücə çevrilib, bu bizi sevindirir” – Prezident İlham Əliyev

19-10-2018, 15:10 | Oxunub: 95 |

“Türkiyə dünya miqyasında böyük gücə çevrilib, bu bizi sevindirir” – Prezident İlham Əliyev

“Azərbaycan və Türkiyə iqtisadi baxımdan sürətlə inkişaf edən ölkələrdir”.

Emtv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev “Star” neft emalı zavodunun açılış mərasimində deyib:
“Türkiyə Ərdoğanın liderliyi sayəsində dünya miqyasında böyük gücə çevrilib. Türkiyə dünya miqyasında söz sahibdir. Bu bizi sevindirir. Türkiyənin gücü bizim gücümüzdür. Türkiyənin mövqeyi bir çox hallarda həlledici rol oynayır. Türkiyə və Azərbaycan dünya miqyasında qardaşlıq örnəyi göstərir. Mən dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı ikinci ölkə tanımıram. Bu böyük bir sərvətdir. Bunun üçün böyük investisiya yatırımları həyata keçiririk. Bizim gücümüz birliyimizdir və bu bizim sərvətimizdir.

“Star” rafinerinin yaradılması üçün Azərbaycan 6,3 milyard dollar yatırım edib. Bu bizim xaricə qoyduğumuz ən böyük investisiyamızdır. Bir sözlə, bu gün “Star” neft emalı zavodunun açılışı timsalında birliyimizin, dayanışmamızın, dostluğumuzun təməllərini görürük” – Azərbaycan prezidenti belə deyib.

Türkiyə ilə digər projelər üzərində də işlədiklərini deyən prezident İlham Əliyev, bu projelərin Avrasiya üçün önəm daşıdığını vurğulayıb.

“Hər proje bölgə üçün, Avrasya üçün önəm daşıyır. Türkiyə və Azərbaycan güclü siyasi iradə göstərir. Avrasiyanın enerji və nəqliyyat xəritəsini çəkir. Bu yeni xəritələrin altında bizim imzamız var. Bütün bu layihələr böyük vəsait tələb edən layihələrdir. Burada qardaş ölkələnin iqtisadiyyatına böyük sərmayə qoyduq” – İlham Əliyev belə deyib.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR