SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

İlham Əliyev: “Mən dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı ikinci ölkə tanımıram”

19-10-2018, 15:01 | Oxunub: 102 |

İlham Əliyev: “Mən dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı ikinci ölkə tanımıram”

“Azərbaycan və Türkiyə iqtisadi baxımdan sürətlə inkişaf edən ölkələrdir”.

Emtv.az xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev “Star” neft emalı zavodunun açılış mərasimində deyib:

“Türkiyə Ərdoğanın liderliyi sayəsində dünya miqyasında böyük gücə çevrilib, dünya çapında söz sahibdir. Bölgədə və dünyada Türkiyə ilə hesablaşırlar. Türkiyənin mövqeyi bir çox hallarda həlledici rol oynayır. Mən dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı ikinci ölkə tanımıram.

“Star” rafinerinin yaradılması üçün Azərbaycan 6,3 milyard dollar yatırım edib. Bu bizim xaricə qoyduğumuz ən böyük investisiyamızdır. Bir sözlə, bu gün “Star” neft emalı zavodunun açılışı timsalında birliyimizin, dayanışmamızın, dostluğumuzun əlamətini görürük”.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR