SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Şok kadrlar: ana körpəsini atıb qaçdı

19-10-2018, 13:38 | Oxunub: 96 |

Şok kadrlar: ana körpəsini atıb qaçdı

Qaradərili ana 2 yaşlı oğlunu tanımadığı ailənin yaşadığı evin qapısının önündə buraxaraq qaçıb.

Emtv.az xəbər verir ki, olay ABŞ-ın Texas ştatındakı Sprinq şəhərində yaşanıb.

Əlində çantalar tutmuş qadın 2 yaşlı oğlu ilə evin qapısına yaxınlaşıb. O, oğlunu qapı önündə qoyaraq qaçıb, gedib.

Ev sahibi qapını açanda uşağı görüb və polis çağırıb.

Uşağın 2 yaşlı Royan Prins Simmons olduğu müəyyənləşdirib.

Onun atası həmin evin qonşuluğunda yaşayır.

Polisdən verilən məlumata görə, qadın oğlunu atasının evinin önündə buraxıb getdiyini düşünüb. Uşağın dediyinə görə, onu evin qapısı qarşısına anası gətirib.

Olayın baş verdiyi məhəllədə ən ucuz evin dəyəri 275 min dollardır.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR