SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Paşinyandan GÖZLƏNİLMƏZ SÖZLƏR: Azərbaycanla etibarlı əlaqəmiz var və istənilən...

19-10-2018, 13:20 | Oxunub: 8 351 |

Paşinyandan GÖZLƏNİLMƏZ SÖZLƏR: Azərbaycanla etibarlı əlaqəmiz var və istənilən...

Ermənistanda baş nazir vəzifələrini müvəqqəti icra edən Nikol Paşinyan dünən jurnalistlərə açıqlamasında bildirdi ki, Düşənbə razılaşmasına uyğun olaraq onunla Azərbaycan prezidenti arasında operativ əlaqə qurulub. “Razılaşdığımız kimi Azərbaycan tərəfi ilə etibarlı operativ əlaqə qurulub. Deyə bilərik ki, istənilən informasiya yarım saatdan sonra Azərbaycan Prezidentinə çatır. Təbii ki, onlar informasiyanı verəcəklərsə, mən də verəcəm”, - deyə Paşinyan vurğulayıb.

Emtv.az yerli KİV-ə itinadən xəbər verir ki, Düşənbədə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında ayaqüstü görüş zamanı tərəflər arasında operativ əlaqənin qurulması ilə bağlı razılaşma əldə olunub. Bu razılaşmadan sonra təmas xəttində atəşkəs rejiminə əməl edilməsinin miqyası artıb.

Tərəflərin belə bir razılaşma əldə etməsi və bundan sonrakı nəticələri haqqında müxtəlif versiyalar var. Lakin Ermənistanda bunun Bakı və Moskvanın birgə planı olması haqqında iddialar səsləndirilir.

Bu kontekstdə erməni şərhçi Sərkis Artsruninin iddiası diqqət çəkir.

Erməni şərhçi iddia edir ki, operativ əlaqə qaydaya salınsa da, kulislərdə nələrin baş verdiyi şübhəlidir.

“Azərbaycan tərəfi ərazilərin hərbi yolla azad edilməsi variantını irəli çəkmişdi, Ermənistan tərəfi də Bakının qəbul etmədiyi şərtlər irəli sürürdü. Tərəflər arasında gərginlik pik həddinə çatanda Düşənbədə razılaşma əldə olundu. Bu razılaşma əslində Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə əldə olunub. Bu, Bakı və Moskvanın birgə hazırladığı plandır. İlk növbədə bu, “atəşkəsə nəzarət mexanizmi”nin tamamilə sıradan çıxarılması ilə nəticələnəcək. Həm Bakı, həm də Moskva bunu istəyir. Kulislərdə nələrin baş verdiyini fərz etmək olar. Xüsusilə belə bir razılaşmanın Putinin vasitəçiliyi ilə əldə olunması Rusiyanın məqsədini göstərir. Digər tərəfdən, Azərbaycan münaqişənin həlli ilə bağlı Rusiyadan zəmanət alıb, əks təqdirdə, qəfil razılaşmaya getməzdi”, - deyə erməni şərhçi qeyd edir.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR