SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Dünyanın 51 lideri Trampa qarşı birləşdi - Avropada güc nümayişi

19-10-2018, 13:11 | Oxunub: 8 296 |

Dünyanın 51 lideri Trampa qarşı birləşdi - Avropada güc nümayişi

Avropa Birliyi ölkələrini təmsil edən 30 lider və Asiyanın 21 dövlət başçısı Brüsseldə zirvə görüşü keçirib.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, iki ildən bir keçirilən sammitə bu dəfə məxsusi olaraq Çinin hakim partiyasının ikinci nüfuzlu nümayəndəsi Li Keçianqda qatılıb.

51 ölkə lideri ABŞ Prezidenti Donald Trampın təhdidlərinə qarşı Dünya Ticarət Təşkilatının tam dəstək verdiyini bildirib, eyni zamanda iqlim dəyişikliyi ilə bağlı məsələləri müzakirə ediblər.

Qlobal ticarət həçminin 55 faizini təmsil edən liderlər azad ticarəti dəstəkləmək və hər cür müdafiəçi siyasətə qarşı olduqlarını vurğulayıblar.

Qeyd edək ki, Donald Tramp ABŞ-la qlobal ticarətdə olduqca pis davranıldığını və Dünya Ticarət Təşkilatının buna görə məsuliyyət daşıdığını bəyan edib. Bundan sonra ABŞ iqtisadiyyatda özünümüdafiə siyasətinə uyğun olaraq Çinə ticarət sanksiyaları haqqında qərar verib.

1996-cı ildən bu yana iki ildən bir keçirilən zirvə görüşündə Avropa Birliyinin yüksək çinli rəsmilərindən biri belə deyib: "Bu, Avropa Birliyinin Breksitdən daha böyük olduğuna və onun Vaşinqtondan başqa da müttəfiqlərinin mövcudluğuna bir mesajdır".

Brüsseldə bir araya gələn Avropa Birliyi dövlət və hökumət başçılarının zirvə toplantısında miqrasiya, daxili təhlükəsizlik məsələləri də nəzərdən keçirilib. Liderlər qaçqınlar mövzusunda əməkdaşlığın davam etdirilməsini razılaşdırıb.

Toplantıda 2015-ci ildən bu yana qanunsuz yollarla Avropa Birliyi ölkələrinə köç edən qaçqınların sayının 95 faiz azaldığı bildirilib.

Liderlər toplantı zamanı xüsusilə Türkiyə ilə bağlanan qaçqın və köçkünlərlə bağlı anlaşmanın qorunub saxlanması və inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR