SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Mingəçevirdə nəvə marketdə 76 yaşlı nənəsini döyüb

17-10-2018, 16:54 | Oxunub: 438 |

Mingəçevirdə nəvə marketdə 76 yaşlı nənəsini döyüb

Mingəçevir şəhərində nəvə münaqişə zəminində nənəsinə xəsarət yetirib.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə şəhərin iri marketlərindən birində baş verib.

1942-ci il təvəllüdlü şəhər sakini Zeynalova Vəsilə İsmayıl qızı mübahisə və münaqişə zəminində təqribən 30- 35 yaşlı nəvəsi Cavidan tərəfindən döyülərək xəsarət alıb. Onun qadının əllərini dişləndiyi də bildirilir. Nəticədə yaşlı qadın hər iki qol saidindən müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı öncə yaşdığı Şəfəq küçəsi, 43 ünvanına aparılıb. Daha sonra ora çağırılan tibbi yardım briqadası nənəyə yerindəcə gərəkli tibbi yardım göstərib.

Faktla bağlı araşdırma aparılır.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR