SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Həbs edilən şəxs gülərək etiraf edir: "Pulları görəndə gözümün qabağına maşınlar, əyləncə gəlir"

17-10-2018, 16:50 | Oxunub: 260 |

Həbs edilən şəxs gülərək etiraf edir: "Pulları görəndə gözümün qabağına maşınlar, əyləncə gəlir"

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Nəriman Qədirov ifadə verib.

Emtv.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda oğurluq etmədə təqsirləndirilən Rafiq Məmmədov, Elşən Aslanov və Rüfət Qurbanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Saqa" gəmi şirkətinin direktoru olan N.Qədirov bildirib ki, hadisə 2012-ci ildə baş verib.

"Ofisə gələndə işçim dedi ki, otaqdan oğurluq edilib. Pəncərənin dəmir barmaqlığını kəsmişdilər. Şeyfi də kəsib pulları aparmışdılar"- deyən zərərçəkmiş qeyd edib ki, Ona dəymiş zərər 40 min 800 manat və 150 avrodur.

Həbs edilənlərdən Rafiq Məmmədov əməlini təsdiqləyib və qeyd edib ki, oğurluğu tək edib.

O, seyfi lomla qırdığını, dəmir barmaqlığı isə xüsusi qayçı ilə kəsdiyini bildirib.

Amma məhkəmə buna inanmayıb. Zərərçəkmiş N.Qədirov əlavə edib ki, Rafiq Məmmədovun həmin pəncərədən içəri tək keçə bilməsi mümkün deyil.

Rafiq Məmmədov yenə də deyib ki, tək olub: "Yekə olmağıma baxmayın. Çox cəldəm. Ora gedəndə də tək olmuşam. Apardığım pulları da xərcləmişəm".

Zərərçəkmişlərdən biri də ev alqı-satqısı ilə məşğul olan Rasim Əliyev olub.

Məlum olub ki, onun ofisindən də oğurluq eyni üsulla törədilib: "Pəncərənin dəmir bamaqlıqlarını kəsib içəri giriblər. Seyfdə sənədlər var idi. Seyfi əzib, sonra da kəsiblər. Seyfdə sənədlər və 7 min manat var idi. Nə sənədləri tapdım, nə də pulu"- deyə zərərçəkmiş əlavə edib.

Rafiq Məmmədov bu hadisəni də təsdiq edib və tək törətdiyini söyləyib.

Digər zərərçəkmiş Əbülfəz Hüseynov da məhkəmədə ifadə verib.

Tikinti şirkətinin rəhbəri olan Əbülfəz Hüseynov ofisindən iki dəfə- 2008 və 2010-cu illərdə oğurluq edildiyini söyləyib.

"Bizdə də eyni qaydada oğurluq olub. Dəmir barmaqlığı kəsib içəri giriblər. Amma seyfi aparıblar. Seyfin çəkisi 80-90 kiloqram olardı. Bu adamın tək aparacağına inanmıram"- deyən zərərçəkmiş seyfdə 150 min manat və 10 min dollar olduğunu qeyd edib.

Zərərçəkmiş söyləyib ki, ilk dəfə seyfdə o qədər pul saxlayıblar: "Heç vaxt seyfdə o qədər pul qoymuruq. Həmin gün işlər çox oldu. Mühasib pulu gətirəndə seyfə qoymasını istədim. Səhər də belə bir hadisə oldu".

Təqsirləndirilən Rafiq Məmmədov həmin seyfi başqa bir nəfərlə apardığını deyib. Bildirib ki, həmin oğurluğa Turalla gedib.

Suallara cavab verən Rafiq Məmmədov əldə etdiyi bu qədər pulu hara xərclədiyini gülərək belə izah edib: "Seyfi açanda dedim bəlkə hamısı kağızdı. Sonra baxdım ki, gerçək puldur. Pulları görəndə gözümün qabağına maşınlar, gəzmək, əyləncə gəlir. Pulun hamısını xərcləmişəm".

Rafiq Məmmədov digər pulları da müxtəlif əyləncələrə, Antalyaya istirahətə gedəndə xərclədiyini deyib.

Suallara cavabında Rafiq Məmmədov oğru aləminə yaxın olmadığını, ələ keçirdiyi pulları heç kimlə bölmədiyini söyləyib.

İttiham aktına əsasən, R.Məmmədov, E.Aslanov və R.Qurbanov qabaqcadan əlbir olaraq, bir qrup şəxs halında təkrar özgənin külli miqdarda əmlakını oğurlayıblar.

Bundan əlavə R.Məmmədov və E.Aslanov satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroin əldə edərək saxlamaqda da günahlandırılırlar.

Cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, R.Məmmədov tanışı Vaqif Rəhimovla birgə 2006-cı ildə "Karvan L" şirkətinin ofisindən, ümumilikdə, 190 min 496 manat, 2008-ci ildə "Moqobs" MMC-nin ofisindən 158 min 594 manat, 2010-cu ildə "Saqa" gəmi təmiri şirkətinin ofisindən 40 min 800 manat, 2011-ci ildə "Təmizləmə avadanlıqlarının satışı mağazası"ndan 510 min manat məbləğində pul oğurlayıb.

2014-cu ildə də həbs edilən R.Məmmədov oğurluqda təqsirli bilinib və Bakı Ağır Cinayətlərinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum olunub. 2016-cı ildə isə o, Xətai Rayon Məhkəməsinin qərarı ilə 5 ay 17 gün çəkilməmiş cəzadan vaxtından əvvəl şərti azadlığa buraxılıb.

R.Məmmədov məhkumluğu götürülmədən və ödənilmədən yenidən cinayətə əl atıb.

Belə ki, o, 2016-cı ildə Rasim Əliyevə məxsus Bakı şəhəri ərazisində yerləşən ofisdən 7 min manat pul oğurlayıb. 2017-ci ildə isə R.Məmmədov Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin iş otağına qanunsuz daxil olub və şöbə müdrinə məxsus olmaqla içərisində möhür və blanklar olan 1050 manat dəyərində "FDX-30" markalı seyfi talayaraq aparıb.

Bundan başqa, o, Qadir Əliyevlə birgə Murad Bədirovun rəhbərlik etdiyi MCM şirkətinin ofisindən 8 min 253 manat, "Total İT" MMC-nin ofisindən 13 min 797 manat, "Azəri Ekspress" MMC-nin ofisindən Rauf Səfərovun 6 min 202 manatını, Vahel Abdullayevin isə 7 min 200 manatını, "İndeks.az" MMC-nin ofisindən 43 min 200 manat, 2017-ci ildə "Saqa" gəmi təmiri şirkətinin ofisindən 600 manat pul oğurlayıb.

R.Məmmədov daha sonra R.Qurbanov, E.Aslanov və qeyriləri ilə birgə 2017-ci ilin avqust ayının 10-da "M-Trans" MMC-nin ofisindən 15 min 500 manat, "MS Orbita" şirkətinin ofisindən 67 min 441 manat pulu gizli yolla oğurlayıblar.

R.Məmmədovla E.Aslanovun barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda), 234.4.3-cü (külli miqdarda narkotik) və R.Qurbanovun isə 177.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, R.Məmmədovla yanaşı, E.Aslanov da məhkumluq həyatı yaşayıb. O, 2012-ci ildə oğurluq və narkotikdə

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR