SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

“Türkiyəyə qarşı sanksiyaların dayandırılması ilə bağlı qısa müddətdə qərar verəcəyik” – ABŞ-dan son dəqiqə açıqlaması

17-10-2018, 15:39 | Oxunub: 282 |

“Türkiyəyə qarşı sanksiyaların dayandırılması ilə bağlı qısa müddətdə qərar verəcəyik” – ABŞ-dan son dəqiqə açıqlaması

ABŞ Xarici İşlər naziri Pompeo keşiş Brunsonun sərbəst buraxılmasının ardından Türkiyəyə tətbiq olunan sanksiyalar məsələsində qısa müddətdə qərar verəcəklərini açıqlayıb.

Emtv.az xəbər verir ki, bu haqda “Reuters” agentliyi məlumat yayıb.

Xatırladaq ki, bu gün Ankarada ABŞ-lı həmkarı Pompeo ilə görüşən Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Ştatların tətbiq etdiyi sanksiyaları absurd adlandırıb.

“Sanksiyalar onsuz da absurddur. Artıq münasibətlərimizdə sanksiya və ya bənzər şeylərin olmaması məsələsində həmfikirik. Sanksiyalarla münasibətləri haraya kimi apara bilərsiniz?”- Cavuşoğlu belə deyib.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR