SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Con Boltonun Bakı səfərinin tarixi açıqlandı

17-10-2018, 15:21 | Oxunub: 77 |

Con Boltonun Bakı səfərinin tarixi açıqlandı

ABŞ prezidentinin milli təhlükəsizlik məslələri üzrə müşaviri Con Boltonun Azərbaycana səfərinin tarixi bəlli olub.

Emtv.az xəbər verir ki, Bolton Bakıda dövlət rəsmiləri ilə görüşəcək.

Bolton bundan öncə özünün “Tvitter” səhifəsində oktyabrın 20-də Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcəyini yazıb.

O qeyd edib ki, səfər zamanı keçirəcəyi görüşlərdə təhlükəsizlik məsələlərində Amerikanın maraqları və regional məsələləri müzakirə edəcək.

Diplomatik mənbələrdən verilən xəbərə görə, Boltonun səfəri oktyabrın 24-də baş tutacaq.

Bolton Bakıdan sonra İrəvana gedəcək.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR