SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Putinin pensiya islahatı və müharibə riski: Ölkəni etiraz aksiyaları bürüdü – “The Wall Street Journal” yazır

17-10-2018, 15:18 | Oxunub: 109 |

Putinin pensiya islahatı və müharibə riski: Ölkəni etiraz aksiyaları bürüdü – “The Wall Street Journal” yazır

Son bir neçə ayda Rusiyanın 80-dən artıq şəhərində minlərlə insan küçələrə hökumət əleyhinə mitinqlərə çıxıb.

Emtv.az xəbər verir ki, nüfuzlu “The Wall Street Journal” Rusiyada pensiya məsələsinə həsr olunmuş məqalə dərc edib.

Məqalədə qeyd olunur ki, Rusiyada küçələrə çıxanlar pensiya yaş həddinin artırılmasına etiraz edirlər: “Rusiyalılarda belə bir hiss yaranıb ki, Putin rejimi onlara arxadan zərbə vurur”.

Məqalə müəllifi Leon Aron hesab edir ki, Putinin bu baş ağrısı tezliklə Qərbin probleminə çevriləcək.

2013-cü ildə Putinin reytinqi son 13 ildə ən aşağı səviyyədə olsa da, qış olimpiadasında kütləvi dopinq məsləsini gündəmə gətirməklə, ardınca Krımı işğal etməsi, Ukrayna ilə müharibə onun reytinqinin yüksəlməsinə xidmət etdi: “Elə o vaxtdan da militarist vətənpərvərlik Putinin populyarlığının əsas açarı oldu. Qəzəbli “vətənpərvər pələng”ə minən Putini bu vəhşinin üzərindən endirmək elə də asan olmayacaq.

“O, yeni insan əti və daha çox qan istəyir. Bu gün isə pensiya islahatları Putinin populyarlığına təhlükə yaradır. Ola bilsin ki, yenidən onu yemləmək zamanı yetişib. Odur ki, ona yeni “Krım” və ya “Ukrayna” lazım olacaq. Bu isə Narva və Latqaliya ola bilər. Estoniya və Latviyada rusdilli əhali çoxluq təşkil edir”, məqalədə qeyd olunur.

Məqalə müəllifi L.Aronun fikrincə, Putinin belə bir vətənpərvərliyinə NATO-nun qətiyyətsizliyi və effektsizliyi isə göz qarşısındadır.

“Bu baxımdan da çox böyük risklər mövcuddur. Çünki Putin siyasi hesabları ilə daxildəki etiraz dalğalarından xilas olmaq üçün xarici siyasi avantüraya əl ata bilər”- müəllif qeyd edib.

Aron təklif edir ki, pensiya islahatları hesabına ildə ölkə iqtisadiyyatına 15 milyard dollar qənaət ediləcək və bu qənaət sonda bütün ölkəni alova bürüyəcək: “Ümid edək ki, Qərbin yanğınsöndürən maşınları yanğının yayılmasına hazır vəziyyətdədir”.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR