SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Ukraynada təyyarə qəzası – Ölən pilotlardan biri amerikalıdır

17-10-2018, 14:48 | Oxunub: 83 |

Ukraynada təyyarə qəzası – Ölən pilotlardan biri amerikalıdır

Ukraynanın Vinitsa əyalətində Su-27 UB-nın qəzaya uğraması nəticəsində iki pilot ölüb. Ölən pilotların artıq kimliyi müəyyənləşib.

Emtv.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi-Hava komandanlığının yaydığı məlumatda bildirilir ki, ölən pilotun biri amerikalı olub.

Amerikalı pilot ABŞ Silahlı Qüvvələrinin Milli Qvardiyasında xidmət edən şəxs olub.

Ölən digər pilot isə “Vostok” hərbi-hava komandanlığının polkovniki İvan Petrenkodur.

Hadisə oktyabrın 16-da yerli vaxtla 17.00 radələrində baş verib. Su-27 “Təmiz səma-2018” hərbi təlimləri çərçivəsində döyüş təlim uçuşunu həyata keçirirmiş. Qəzaya uğrayan təyyarə Vinnitsa əyalətində Ulaniv qəsəbəsi yaxınlığında yerə düşüb.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR