SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

İrandan gətirilən kivilərdə zərərli maddələr aşkarlandı

17-10-2018, 14:43 | Oxunub: 98 |

İrandan gətirilən kivilərdə zərərli maddələr aşkarlandı

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fitosanitar müfəttişləri tərəfindən İrandan Azərbaycana idxal olunan 17.2 ton kiviyə fitosanitar karantin baxışı keçirilərkən həmin məhsulların bir hissəsində zərərli orqanizm olduğu aşkar edilib.

Emtv.az xəbər verir ki, agentliyin mətbuat xidmətindən bildiriblər ki, aşkar edilən zərərli orqanizmin karantin tətbiq edilən tut qalxanlı yastıcası (Pseudolaspis pentagona Targ.) olması ehtimal edilərək, zərərli orqanizmin təsdiqlənməsi üçün məhsuldan və zərərvericidən nümunə götürülüb və laboratoriyaya göndərilib.

Laborator müayinələri nəticəsində, kivinin karantin zərərli orqanizmə sirayətlənməsi müəyyən edilib.

Bu səbəbdən zərərli orqanizmlə sirayətlənmiş məhsullar seçilərək dövriyyədən çıxarılıb və AQTA əməkdaşları tərəfindən Sumqayıt Məişət tullantıları poliqonunda məhv edilib.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR