SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Tramp daha bir ölkəyə xəbərdarlıq etdi

17-10-2018, 12:12 | Oxunub: 416 |

Tramp daha bir ölkəyə xəbərdarlıq etdi

ABŞ prezidenti Donald Tramp Hondurasa xəbərdarlıq edib.

Emtv.az xəbər verir ki, o özünün “ Twitter” səhifəsində yazıb ki, qanunsuz miqrantlar problemi üzündən Vaşinqton Hondurasa maliyyə yardımını dayandıra bilər.

“ABŞ Honduras prezidentinə qətiyyətlə bildirir ki, əgər ABŞ-a doğru hərəkət edən insan karvanı dayanmasa və geri qaytarılmasa, dərhal Hondurası maliyyə və digər yardımından məhrum edəcəyik”, - deyə o vurğulayıb.

Qeyd edək ki, oktyabrın 15-də 3 min miqrant Honduras-Qvatemala sərhədini keçərək Meksikaya doğru istiqamət alıb. Güman olunur ki, onların son məqsədi ABŞ sərhədini keçməkdir.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR