SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

ABŞ-da qasırğa nəticəsində 29 nəfər ölüb

17-10-2018, 12:11 | Oxunub: 457 |

ABŞ-da qasırğa nəticəsində 29 nəfər ölüb

Birləşmiş Ştatlarda artıq sakitləşən "Maykl" qasırğası nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb və yerli hökumət bu sayın artacağını gözləyir.

Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı "Reuters" məlumat yayıb.

Onun hesablamalarına görə, təbii fəlakət nəticəsində 20 nəfər Floridada, 5 nəfər Vincinyada, üç nəfər Şimali Karolinada və bir nəfər isə Corciyada həyatını itirib.

Təbii fəlakət zamanı əlaqə kəsilən insanların axtarışı davam etdirilir.

Son məlumatlara görə, min nəfərdən çox insanla əlaqə kəsilib. Hökumət güman edir ki, onlardan kimlərsə ölüb və qurbanların sayının artcağı proqnozlaşdırılır.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR