SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Tramp Səudiyyə Ərəbistanına silah satışı məsələsində insanları yanıldır - Qərb mətbuatı

17-10-2018, 11:58 | Oxunub: 382 |

Tramp Səudiyyə Ərəbistanına silah satışı məsələsində insanları yanıldır - Qərb mətbuatı

ABŞ prezidenti Donald Tramp Camal Qaşıqçı məsələsinə görə Səudiyyə Ərəbistanı ilə hərbi-iqtisadi əlaqələri durdurmaqla bağlı çağırışlara mənfi reaksiya verib.

Emtv.az xəbər verir ki, o, Ər-Riyadla imzalanan sazişləri heç bir halda təhlükə altına qoymayacağını bildirib.

“Mən bilirəm ki, senatorlar müxtəlif sanksiyalardan danışırlar. Lakin Səudiyyə Ərəbistanı bizdən hərbi texnika almaq üçün 110 milyard pul xərcləyib. Bu isə əlavə iş yerlərinin açılması deməkdir. Bu pul axınını durdurmaq ideyası xoşuma gəlmir”, - Tramp əvvəllər söyləyib.

CNBC kanalı isə maraqlı bir detalın üstünü açıb. Kanal Səudiyyə Ərəbistanının həqiqətən ABŞ üçün bir nömrəli alıcı olduğunu, lakin satış həcminin açıqlandığı kimi 110 milyard dollara çatmadığını bildirib. Belə ki, Stokholmda yerləşən Beynəlxalq sülh araşdırmaları institutunun məlumaıtna görə, 2013-2017-ci illərdə ABŞ-ın ümumi silah satışının sadəcə 18%-i Səudiyyə dövlətinin payına düşür ki, bu da ümumi rəqəmlə müqayisədə 9 milyard dollara bərabərdir.

Kanal Trampın öyündüyü kimi bəhs edilən onlarla milyardlıq sazişlərdən hələ gözə görünən gəlir gəlmədiyni bildirib. “CNBC”nin Dövlət Departamenti, Müdafiə təhlükəsizliyi sahəsində əməkdaşlıq üzrə agentliyə istinadən verdiyi xəbərdə sazişlərlə bağlı nə istehsalçı firmalara, nə də büdcəyə deyilən vəsaitin gəlmədiyi vurğulanıb.

“CNBC” hazırda ABŞ-ın əlində Ər Riyadla bir neçə müqavilənin qaldığını və bu səbəbdən Trampın 110 milyardı haradan götürdüyünün anlaşılmadığını da qeyd edib.

Bundan başqa, Ağ Ev rəhbərinin keçən ilki Səudiyyə Ərəbistanı ziyarətində ümumi həcmi cəmi 4 milyard dollara çatan 6 saziş imzaladağı iddia edilib.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR