SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Əsəd rejimi ilə İŞİD arasında kirli ortaqlıq üzə çıxdı : Rejim Süveyda terrorunu törətməkdə İŞİD-ə yardım edib SENSASİON HESABAT

16-10-2018, 14:16 | Oxunub: 449 |

Əsəd rejimi ilə İŞİD arasında kirli ortaqlıq üzə çıxdı : Rejim Süveyda terrorunu törətməkdə İŞİD-ə yardım edib SENSASİON HESABAT

Suriya İnsan Haqları Təşkilatı (SNHR) Əsəd rejiminin iyulun 25-də Suriyanın Süveyda vilayətində törədilən terror aktı zamanı İŞİD-ə yardım etdiyini açıqlayıb.

Emtv.az xəbər verir ki, təşkilat Suriyanın cənubunda Əsəd rejiminin nəzarətindəki Süveyda vilayətinin mərkəzində İŞİD tərəfindən təşkil olunan və ən azı 150 nəfərin həyatını itirdiyi terror aktı ilə bağlı hesabat yayıb.

May ayında rejim və İŞİD arasında edilən razılaşma nəticəsində 1200 İŞİD-çinin paytaxt Dəməşqdəki Yermük şəhərciyindən Süveydanın şərqindəki səhra bölgəsinə keçdiyi xatırladılan hesabatda, Bəşər Əsəd güclərinin iyun ayında regiondakı bəzi hərbi nöqtələri boşaltdığı və beləçə terrorçuların keçidini asanlaşdırdığı bildirilir.

“İŞİD-in hücumlarından 3 gün öncə, Əsəd rejimi Süveyda rayonunda silahlı milislərə verdiyi silahları geri aldı. Ancaq bəzi kəndlərdəki milislər, silahlarını təslim etməyi rədd etdi. Daha sonra aydın oldu ki, İŞİD sadəcə silahlarını təslim edən kəndlərə basqın təşkil edib.”

Hesabatda həmçinin, daha öncə, Əsəd rejimi ilə İŞİD arasında Suriyanın Hama və İdlib bölgələrində də iş birliyi olduğu açıqlanıb.

“Süveyda rayonunda baş verən hadisə, İŞİD ilə Suriya rejimi arasında koordinasiya və iş birliyini bir daha ortaya qoydu”-hesabatda belə deyilir.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR