SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

“Ermənistan Azərbaycana güzəştə getməli olacaq” – ABŞ səfirindən Qarabağla bağlı bəyanat

16-10-2018, 14:13 | Oxunub: 441 |

“Ermənistan Azərbaycana güzəştə getməli olacaq” – ABŞ səfirindən Qarabağla bağlı bəyanat

“Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycana güzəştə getməli olacaq”.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın İrəvandakı səfiri Riçard Mills Ermənistan KİV-inə müsahibəsində bildirib.

“Bura ilk dəfə gəldiyim zaman ermənilərin əksəriyyətinin işğal olunmuş ərazilərin danışıqlar prosesinin bir hissəsi kimi qaytarılmasına qarşı olmasına təəccübləndim. Mənə təəccüblü gəlir ki, Ermənistanda mümkün kompromislər barədə müzakirələr yoxdur”, – deyə amerikalı diplomat qeyd edib.

O vurğulayıb ki, 2016-cı ilin aprelində Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ermənilərin münasibətini daha da kəskinləşdirib.

“Amma reallıq belədir ki, istənilən həll yolu işğal olunmuş ərazilərin bir hissəsinin qaytarılmasını tələb edəcək”, – deyə Ermənistandakı diplomatik missiyasını başa vurmaqda olan R.Mills bildirib.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR