SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Erməni ekspertlər: "Paşinyanın bloku dekabrda keçiriləcək parlament seçkilərində qalib gəlməyə bilər"

16-10-2018, 14:12 | Oxunub: 8 005 |

Erməni ekspertlər: "Paşinyanın bloku dekabrda keçiriləcək parlament seçkilərində qalib gəlməyə bilər"

Ermənistanın baş naziri Nikol Paşinyan istefaya gedir. Erməni siyasi ekspertlər bunun Paşinyan hökuməti üçün çox riskli addım olduğunu deyir. Ekspertlərin fikrincə, baş nazirin dəstəklədiyi blok dekabr ayında keçiriləcək növbədənkənar parlament seçkilərində qalib gəlməyə bilər.

Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, politoloqlar yeni hökumətin tam formalaşmadığını, ölkəni 20 ildən çox müddətdə idarə edən hərbi-xunta rejiminin isə tam zərərsizləşdirilmədiyini bildirirlər.

“İrs” partiyasının sədri Armen Martirosyan deyib ki, sabiq prezident Robert Köçəryanın dekabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyi ilə bağlı bəyanatı Nikol Paşinyanı arxayın etməyib. Köçəryan hələlik buna hazır olmadığını bildirsə də, vəziyyət pisləşəcəyi təqdirdə fikrindən dönəcəyini də qeyd edib. Bu isə onu təsdiqləyir ki, sabiq prezident hələ də tam qərar qəbul etməyib. Vəziyyət isə iki ay ərzində hər an dəyişə bilər.

Beynəlxalq təşkilatlar da Paşinyanın tələsik seçkilər keçirməsinə narazıdır. Avropa Şurası Parlament Assambleyası Ermənistandakı siyasi qüvvələri demokratiya və qanunun aliliyi prinsiplərinə tam şəkildə hörmət etməyə, növbədənkənar parlament seçkilərinə hazırlaşarkən tələskənliyə yol verməməyə çağırıb. Bildirilir ki, Ermənistanda Seçki Məcəlləsinə istənilən dəyişiklik Venesiya Komissiyasının təlimatlarına tamamilə uyğun gəlməlidir.

“Washington Times” qəzeti isə Ermənistandakı anarxiyadan yazıb. ABŞ Dövlət Departamentinin əməkdaşı Adam Erelinin fikirlərinin yer aldığı məqalədə bildirilir ki, Nikol Paşinyan minlərlə tərəfdaşını paytaxtın mərkəzi meydanına toplamaqla bu ilin mayında hakimiyyətə gəldi. Parlament əvvəlcə onun namizədliyini təsdiqləmədi, amma sonradan kütlənin təzyiqi ilə buna məcbur oldu. Hakimiyyəti ələ aldığı gündən özünü xalqın namizədi adlandıran Paşinyan sistematik olaraq Ermənistandakı rəhbərlik institutlarını dağıtmağa başladı. Özünün hakimiyyətinin yüzgünlüyündə çıxış edəndə o, sevinərək yüz minlərlə tərəfdaşına bildirdi ki, Ermənistanda koalisiya hakimiyyəti, parlament çoxluğu yoxdur. Son hakimiyyət birbaşa rəhbərliyi həyata keçirən xalqa məxsusdur. Bu, o deməkdir ki, hakimiyyət bu meydana tabe olacaq və bütün əsas qərarlar məhz bu meydanda verilməlidir. Onu tənqid edənlərə isə “xalqı hirsləndirməyin, yoxsa pis olacaq” deyə hədə-qorxu da gəlib. Ermənistan küçələri Paşinyanın əlində alətə çevrilib. Qısa zamanda baş nazir bütün məhkəmə sistemini çökdürüb. Təəssüf ki, Paşinyan quldur taktikasına üstünlük verir, təhlükəsizlik xidmətindən, məhkəmələrdən siyasi qisas üçün istifadə edir. Paşinyanın etdikləri ağlasığmazdır. Dezinteqrasiya Avropa və Qafqaz üçün ağır nəticələrə gətirib çıxara bilər. Hakimiyyəti küçənin əlinə vermək, eyni zamanda, dövlət institutlarını məhv etmək Ermənistanda ümumi anarxiyanın əsas reseptidir.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR