SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

3 ildir ağzında daş gəzdirən itin bu əməli insanı kövrəldir

16-10-2018, 13:30 | Oxunub: 208 |

3 ildir ağzında daş gəzdirən itin bu əməli insanı kövrəldir

Türkiyədə baş verən hadisə eşidənləri kövrəldir.

Emtv.az xəbər verir ki, Kocaeli Universitetinin həyətində bir it hər kəsin diqqətini çəkib. Onun ağzında daş saxlaması və onu yerə atmaması marağa səbəb olub.

Universitetin tələbələri nə qədər çalışsalar da, həmin daşı itin ağzından ala bilməyiblər. Tələbələr itin sahibi ilə əlaqə saxlayıblar. Məlum olub ki, həmin heyvan 3 ildir bir daş parçasını balası kimi qoruyur.

Heyvan yemək yeyərkən belə daşı ağzından yerə atmır. Bu səbəbdən də, daş onun ağzını yaralayıb.

İtin bu sirli davranışının tarixçəsi 3 il əvvələ təsadüf edir.

Belə ki, it balalarını itirdikdən sonra meylini küçüklərinin yanında öldüyü daş parçasına salıb. Həmin daş parçasını özü ilə gəzdirən it, bəlkə də balalarının iyini ondan duyduğu üçün belə edir.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR