SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

İsmayıllıda da torpaq sürüşməsi baş verdi: bir neçə ev qəzalı vəziyyətə düşdü

16-10-2018, 12:23 | Oxunub: 91 |

İsmayıllıda da torpaq sürüşməsi baş verdi: bir neçə ev qəzalı vəziyyətə düşdü

Son günlər İsmayıllı rayonunda yağan yağışlardan sonra torpaq sürüşməsi baş verib.

Emtv.az xəbər verir ki, rayonun Qoydan kəndi ərazisində torpaq sürüşməsi aktivləşərək geniş ərazini əhatə edib. Evlərin divar və döşəmələrində irili-xırdalı çatlar əmələ gəlib. Bundan başqa, əhalinin su təsərrüfatına, eləcə də meyvə bağlarına, yaşayış evlərinə ziyan dəyib.

Kəndin şimal hissəsindəki dağ yamacından axan torpaq kütləsi bir neçə evi qəzalı vəziyyətə salıb. Nəticədə fərdi yaşayış evlərindən birində yaşamaq təhlükəli olduğundan ailə qohumlarının evinə köçürülüb.

İsmayıllı rayon fövqalədə hallar komissiyası və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri sürüşmə baş verən ərazilərə baxış keçiriblər.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR