SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Türkiyə prezidenti açıqladı: “FETÖ-yə qarşı böyük cihad dönəmindəyik”

16-10-2018, 12:20 | Oxunub: 99 |

Türkiyə prezidenti açıqladı: “FETÖ-yə qarşı böyük cihad dönəmindəyik”

“FETÖ-nün can damarlarını kəsdik, kəsirik. Amma təhlükə davam edir. Kiçik cihaddan böyük cihada keçdiyimiz bir dönəmdəyik”.

Emtv.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müftilərlə bağlı keçirilən müşavirədə deyib.

Türkiyə prezidenti bildirib ki, FETÖ adlı xəyanət çetesi 40 il boyunca dövlət strukturlarına sıza bilməsi bu sahədə bəzi çatışmazlıqların olduğunu göstərir: “15 iyul xəyanəti və FETÖ məsələsində çəkinmədən özünətənqidə açıq olmalıyıq”.

Ərdoğan 4-5 il ərzində terror təşkilatlarına böyük zərbə vurduqlarını açıqlayıb: “Bütün bu səylərimizə rəğmən təhlükəni tamamilə aradan qaldırdığımızı söyləyə bilmərik. Peyğəmbər Əfəndimizin hədisi-şərifində buyurduğu kimi, kiçik cihaddan böyük cihada keçdiyimiz bir dönəmdəyik”.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR