SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Lerikdə qadın 2 kişi ilə birləşib ərini öldürdü - Rəsmi açıqlama

15-10-2018, 13:41 | Oxunub: 729 |

Lerikdə qadın 2 kişi ilə birləşib ərini öldürdü - Rəsmi açıqlama

Lerik rayonunda ərini öldürüb onu qəzaya düşmüş kimi qələmə verməkdə təqsirləndirilən qadın və cinayəti birgə törətdiyi dostları saxlanılıb.

Emtv.az xəbər verir ki, DİN-dən verdiyi xəbərə görə, 2018-ci il iyunun 29-da Lerik-Yardımlı yolunun 1-ci kilometrliyində meşə zolağında Lerik rayon sakini Mail Ağayevin üzərində xəsarətləri olan meyitinin “UAZ-469B” markalı avtomobilinin yaxınlığında tapılması barədə məlumat daxil olub. Bununla əlaqədar polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Araşdırmalar zamanı M.Ağayevin sinəsindən aldığı ağır xəsarətlər nəticəsində öldüyü məlum olub. Məhkəmə tibbi ekspertizasının rəyində də onun döş qəfəsindən daxilə nüfuz edən 3 bıçaq zərbəsi aldığı qeyd olunub.

Qətli törətməkdə şübhəli bilinən M.Ağayevin arvadı Nailə Ağayeva, Lerik rayon sakini Aqil Baxşıyev və Bakı şəhər sakini Vəfalı Əliyev müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR