SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanın 2 vətəndaşı Həştərxanda faciəvi şəkildə öldülər

15-10-2018, 13:11 | Oxunub: 86 |

Azərbaycanın 2 vətəndaşı Həştərxanda faciəvi şəkildə öldülər

Rusiyanın Həştərxan vilayətində ağır yol qəzası baş verib.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində ölən 4 nəfərdən ikisi Azərbaycan vətəndaşıdır.

Ehtimal edilir ki, "Toyota Camri" avtomobilinin sürücüsü yolun qarşı zolağına çıxıb, maşın "Skoda Fabia" markalı avtomobillə toqquşub. "Skoda" tamamilə yanıb.

Polis qəza nəticəsində ölənlərin kimliyini müəyyənləşdirib. Bunlar "Toyota"nın sürücüsü və sərnişini olan 1965-ci il təvəllüdlü Azərbaycan vətəndaşları, eləcə də "Skoda"nın 1997-ci il təvəllüdlü sürücüsü və Həştərxan sakini olan 22 yaşlı sərnişindir.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR