SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Amerikalı ekspert: “Prezident İlham Əliyev Azərbaycanı inkişaf etmiş ölkəyə çevirib”

15-10-2018, 12:22 | Oxunub: 83 |

Amerikalı ekspert: “Prezident İlham Əliyev Azərbaycanı inkişaf etmiş ölkəyə çevirib”

Prezident İlham Əliyev Azərbaycanı inkişaf etmiş ölkəyə çevirib.

Emtv.az xəbər verir ki, bunu Trend-ə Qlobal siyasət və transatlantik münasibətlər üzrə amerikalı ekspert Piter Teys deyib.

O deyib: “Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ticarət, iqtisadiyyat, bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edən müasir boru kəməri infrastrukturu ilə reallaşdırılan neft tədarükü və qaz ixracı sahələrində Avropa İttifaqı ölkələrinin strateji tərəfdaşına çevrilib. Son 15 il ərzində Azərbaycan demokratik, sənaye cəhətdən inkişaf etmiş və çiçəklənən ölkələrin etibarlı müttəfiqi və tərəfdaşı olub. Prezident İlham Əliyev Azərbaycanı inkişaf etmiş ölkəyə çevirib, Silahlı Qüvvələri gücləndirib”.

Amerikalı ekspert qeyd edib ki, Azərbaycan infrastrukturun inkişaf etdirildiyi ölkədir və Avrasiyanın ən vacib logistika mərkəzidir. O əlavə edib ki, Bakı mədəniyyətlərarası və dinlərarası dialoqun paytaxtıdır:

“Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində Şəki və Oğuz vacib turizm istiqamətlərinə çevrilib. Azərbaycan çiçəklənmə, sənayenin inkişafı, texnoloji innovasiyalar və maşınqayırma sahəsində tədqiqatlar üzrə düzgün yoldadır”.

Azərbaycanın son 15 il ərzində idman sahəsində nailiyyətlərindən danışan ekspert qeyd edib ki, Azərbaycan nüfuzlu idman tədbirlərinin təşkilindəki rolu sayəsində beynəlxalq arenada diqqət mərkəzindədir:

“Bakı göstərdi ki, bu şəhər iri beynəlxalq idman tədbirlərinin və bütün dünyada sülhə və səmərəli dialoqa xidmət edən strateji sammitlərin keçirilməsi üçün ideal məkandır”.

P.Teys əlavə edib ki, Azərbaycan öz nailiyyətləri və ölkənin hər bir vətəndaşının həyatına birbaşa təsir edən strateji layihələrin uğurlu icrası ilə dünyanı heyrətləndirməkdə davam edəcək.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR