17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Azərbaycanda 22 yaşlı qadın faciəli şəkildə öldü - 3 aylıq hamilə imiş
Qazax rayonu Yuxarı Salahlı kəndində qan xəstəliyindən əziyyət çəkən hamilə qadın dünyasını dəyişib.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə kəndin bələdiyyə sədri Şahismayıl Məmmədov məlumat verib.
O bildirib ki, ötən gün qan xəstəliyindən əziyyət çəkən Yuxarı Salahlı kənd sakini 1996-cı il təvəllüdlü Süleymanova Səbinə Şamil qızı xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb: “Yenicə ailə qurmuşdular. Bətnində 3 aylıq körpəsi də var idi. Qəfildən təzyiqi düşüb aşağı və qan azlığı xəstəliyi daha da artmağa başlayıb. O, xəstəxanaya yerləşdirilsə də, artıq keçinib. Çox gözəl bir qadın idi, tərbiyəli, mədəni idi. Həm də zəhmətkeş evdar qadın idi”.
Faktla bağlı araşdırma aparılır.
İsmayil İsmayilov
Emtv.az