12 okt 15:16Oxunub: 35 |

Ermənilər bunu da etdi: “Bura ata torpağımızdır” dedilər və…

Ermənilər bunu da etdi: “Bura ata torpağımızdır” dedilər və…

Türkiyənin Van bölgəsindəki Akdamar kilsəsində ibadət etməyə gələn ermənilər Ermənistan bayraqlarını dalğalandırıb.

Emtv.az xəbər verir ki, Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbeyin verdiyi məlumata görə, Türkiyə torpaqlarına gələn ermənilər “bura bizim ata torpaqlarımızdır” mesajlarını veriblər.

“Vana gələn ermənilər sosial şəbəkələrdə “Qərbi Ermənistan”a gedirik deyə yazırlar. Onlar dini ayinlərini yerinə yetirməyə gəlmirlər, bu ad altında siyasi mesajlar verirlər. Ermənilər Vanla yanaşı Qarsda da eyni şey etdilər. Qarsa gələn ermənilər qədəh toqquşdurub “ata torpaqlarımızdayıq” deyirlər”, – deyə o bildirib.

Gülbey Vanın valisinə müraciət edərək, ermənilərin bu davranışlarının qarşısını almağa çağırıb.

Qeyd edək ki, “böyük Ermənistan” xülyası quran ermənilər Azərbaycanla yanaşı, Türkiyə torpaqlarına da iddia edirlər.

İsmayil İsmayilov
Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
TƏQDİMAT MƏRASİMİNDƏ
TƏQDİMAT MƏRASİMİNDƏ "AZƏRBAYCANIN SƏSİ" İCTİMAİ BİRLİYİNİN SƏDRİ MƏŞHƏDİ FAİQ ƏHMƏDOV "QALX AYAĞA AZƏRBAYCAN" ŞEİRİNİ DEMİŞDİR – VİDEO
Oxunub: 946
XƏBƏR LENTİ

Reklam
Məzənnə