12 okt 12:54Oxunub: 62 |

Avtomobil icra hakimiyyətinin hasarına çırpıldı – Yaralılar var

Avtomobil icra hakimiyyətinin hasarına çırpıldı – Yaralılar var

Zaqatalada baş verən yol qəzasında üç nəfər xəsarət alıb.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bu gün səhər saatlarında rayonun Car kənd sakini 1953-cü il təvəllüdlü Abdulla Nəcməddin oğlu Ömərov idarə etdiyi “Niva” markalı minik avtomobili ilə rayonun Car kəndindən Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən dönmə əməliyyatını düzgün seçmədiyindən avtomobili Zaqatala Rayon İcra Hakimiyyəti aparatının inzibati binasının giriş qapısının kənarındakı daş hasara çırpıb.

Qəzadan sonra sürücüsü A.Ömərov və avtomobildə sərnişinləri – Car kənd sakinləri 1968-ci il Leyla Əhməd qızı Əliyeva və 2010-cu il təvəllüdlü Məhəmməd Xəlil oğlu Ömərov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Xəstəxanadan “Report”a bildirilib ki, yaralılardan 8 yaşlı M.Ömərov qapalı kəllə-beyin travması xəsarəti ilə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirlib. Digər yaralıların müalicəsi Cərrahiyyə şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır.

İsmayil İsmayilov
Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
TƏQDİMAT MƏRASİMİNDƏ
TƏQDİMAT MƏRASİMİNDƏ "AZƏRBAYCANIN SƏSİ" İCTİMAİ BİRLİYİNİN SƏDRİ MƏŞHƏDİ FAİQ ƏHMƏDOV "QALX AYAĞA AZƏRBAYCAN" ŞEİRİNİ DEMİŞDİR – VİDEO
Oxunub: 946
XƏBƏR LENTİ

Reklam
Məzənnə