11 okt 13:19Oxunub: 82 |

Bakıda 3-cü sinif şagirdi özünü məktəbin pəncərəsindən atmaq istədi - Valideynlərinə görə...

Bakıda 3-cü sinif şagirdi özünü məktəbin pəncərəsindən atmaq istədi - Valideynlərinə görə...

Bakıda məktəbli özünü pəncərədən atmaq istəyib. Oktyabrın 10-u saat təxminən 08:48 radələrində 302 nömrəli tam orta məktəbdə tənəffüs zamanı III sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) məktəbin 3-cü mərtəbəsinə qaçaraq özünü pəncərədən atmaq istəyib.

Emtv.az xəbər verir ki, məktəbdən unikal.org-a verilən məlumata görə, ötən tədris ilindən dərsə dəvamiyyəti yaxşı olmadığına görə həmin şagirdlərlə bağlı müvafiq tədbirlər görülüb və aydın olub ki, şagirdlər dini təriqətli valideynlərinin təsiri altındadır.

Bildirilib ki, şagirdin qardaşı da bu məktəbdə 2-ci sinifdə təhsil alır. Hər iki şagirdlə bağlı babaları məktəb rəhbərliyinə müraciət edərək oğlunun dini təriqətə qoşulduğunu deyib və uşaqların təhsildən yayındığını bildirərək məktəbdən kömək istəyib.

Məktəb rəhbərliyi bununla bağlı şagirdlərin evində olub, valideynlərlə söhbət aparıb, müvafiq tövsiyələr verib. Məktəb psixoloqu və müəllimlər də məsələnin həllinə cəlb olunub. Buna baxmayaraq yeni dərs ilindən şagirdlərin dərsə davamiyyəti düzəlsə də, onlar tez-tez dərsdən qaçmağa və digər neqativ addımlar atmağa cəhd edirlər.

Seymur Rəhimov
Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
TƏQDİMAT MƏRASİMİNDƏ
TƏQDİMAT MƏRASİMİNDƏ "AZƏRBAYCANIN SƏSİ" İCTİMAİ BİRLİYİNİN SƏDRİ MƏŞHƏDİ FAİQ ƏHMƏDOV "QALX AYAĞA AZƏRBAYCAN" ŞEİRİNİ DEMİŞDİR – VİDEO
Oxunub: 943
XƏBƏR LENTİ

Reklam
Məzənnə