11 okt 12:54Oxunub: 39 |

Rusiyanın kosmik raketində qəza – Xilasedicilər ekipaj üzvlərini axtarır - Video

Rusiyanın kosmik raketində qəza – Xilasedicilər ekipaj üzvlərini axtarır - Video

Rusiyaya məxsus “Soyuz ” kosmik raketində qəza vəziyəti yarandığından raket yerə enmək məcburiyyətində qalıb.

Emtv.az xəbər verir ki, qəza vəziyyətində olan “Soyuz MS-10” raketi kosmonavt və astronavtlarla birlikdə Qazaxstan ərazisində yerə enib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin mərkəzi hərbi dairəsi məlumat yayıb.

“Soyuz MS-10” Qazaxstanın Jezkazqan şəhəri yaxınlığında yerə enib. Raketdə olan ekipajın xəsarət almadığı bildirilir.

Bununla belə raketdəki ekipajı hadisə yerindən xilas etmək üçün An-12 təyyarəsi desant xilasedici qrupu yollayıb.

Bundan əlavə olaraq, 4 ədəd Mi-8 vertolyotu xilasedicilər, tibb personalı və lazımı tibbi ləvazimat, dərmanlarla birlikdə Jezkazqan aeroportundan “Soyuz MS-10” raketinin ekipajını xilas etmək üçün Karaqanda əyalətinə axtarışa çıxıblar.

Baykanurdan kosmosa buraxılan “Soyuz MS-10” raketində mühərrikdə qəza vəziyyəti yaranıb və hissələrə ayrılıb.

Bundan sonra raket paraşutları avtomatik açılıb.

İsmayil İsmayilov
Emtv.az

Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
TƏQDİMAT MƏRASİMİNDƏ
TƏQDİMAT MƏRASİMİNDƏ "AZƏRBAYCANIN SƏSİ" İCTİMAİ BİRLİYİNİN SƏDRİ MƏŞHƏDİ FAİQ ƏHMƏDOV "QALX AYAĞA AZƏRBAYCAN" ŞEİRİNİ DEMİŞDİR – VİDEO
Oxunub: 943
XƏBƏR LENTİ

Reklam
Məzənnə