10 okt 14:13Oxunub: 68 |

ABŞ rəsmisi: “Qarabağa səfər etməmişəm və belə bir niyyətim yoxdur”

ABŞ rəsmisi: “Qarabağa səfər etməmişəm və belə bir niyyətim yoxdur”

“Qarabağa səfər etməmişəm və belə bir niyyətim yoxdur. ABŞ rəsmiləri Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmir”.

Emtv.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisinin müavini Corc Kent bu gün keçirdiyi mətbuat konfransında deyib.

Corc Kent bildirib ki, ABŞ öz vətəndaşlarını işğal olunmuş ərazilərə səfər etməkdən çəkinməyə çağırır: “ABŞ vətəndaşlarına Dağlıq Qarabağa da səfər etməmələri üçün çağırışlar etmişik”.

C.Kent bildirib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi, münaqişənin Madrid prinsipləri əsasında nizamlanması üzrə öhdəliklərinə ciddi yanaşır:

“Bu ay, iki həftədən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər edəcəklər. Qeyd etmək istərdim ki, qoşunların təmas xəttində gərginliyin səviyyəsi azalıb. Tərəfləri bu ab-havanı qorumağa çağırırıq”.

Dövlət Departamentinin rəsmisi Azərbaycanın həyata keçirdiyi enerji layihələrinə, o cümlədən “Cənub Qaz Dəhlizi”nin reallaşmasına ABŞ-ın davamlı dəstəyi yüksək qiymətləndirib. C.Kent enerji mənbə və marşrutlarının diversifikasiyası siyasətində Azərbaycanın vacib rol oynadığını deyərək, ABŞ-ın enerji təhlükəsizliyi ilə bağlı layihələrə mövqeyinin dəyişməz olduğunu qeyd edib.

Corc Kent bildirib ki, ABŞ energetika, təhlükəsizlik, iqtisadi və digər sahələrdə Azərbaycan ilə ikitərəfli münasibətləri davamlı şəkildə inkişaf etdirir.

İsmayil İsmayilov
Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
TƏQDİMAT MƏRASİMİNDƏ
TƏQDİMAT MƏRASİMİNDƏ "AZƏRBAYCANIN SƏSİ" İCTİMAİ BİRLİYİNİN SƏDRİ MƏŞHƏDİ FAİQ ƏHMƏDOV "QALX AYAĞA AZƏRBAYCAN" ŞEİRİNİ DEMİŞDİR – VİDEO
Oxunub: 943
XƏBƏR LENTİ

Reklam
Məzənnə