10 okt 13:51Oxunub: 64 |

“Frankofoniya şəhərciyi”ndə Azərbaycana qarşı təxribat

“Frankofoniya şəhərciyi”ndə Azərbaycana qarşı təxribat

Frankofoniya təşkilatının Ermənistanda keçirilən XVII zirvə toplantısı çərçivəsində bu ilin 9 oktyabr tarixində İrəvanda açılan “Frankofoniya şəhərciyi”ndə ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin Ermənistan pavilyonu nəzdində təqdim edilməsi Ermənistanın işğalçı siyasətinin davam etdirilməsinə xidmət edən növbəti təxribatçı addımıdır.

Emtv.az xəbər verir ki, Azərbaycan XİN-dən verilən məlumata görə, bu addım Ermənistanın Frankofoniya təşkilatından öz siyasi məqsədləri üçün istifadə etdiyini açıq şəkildə nümayiş etdirir.

“Vurğulamaq istərdik ki, beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını kobud şəkildə pozaraq gücdən istifadə etməklə Azərbaycana qarşı hərbi təcavüz və işğal törədən Ermənistanın bu əməlləri, həmçinin Frankofoniya təşkilatının nizamnaməsi və təşkilatın məqsəd və məramları ilə ziddiyyət təşkil edir. Ermənistanın Frankofoniya təşkilatının gündəliyini siyasiləşdirmək cəhdləri bu ölkənin öz işğalçı və təcavüzkar siyasətini ört-basdır etmək və ATƏT-in Mİnsk Qrupu həmsədrlərinin, o cümlədən təşkilatın təşəbbüskarı olan Fransanın münaqişənin sülh yolu ilə tənzimlənməsi səylərinə xələl yetirmək niyyətinin göstəricisidir”, – deyə XİN-in məlumatına qeyd olunub.

İsmayil İsmayilov
Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
TƏQDİMAT MƏRASİMİNDƏ
TƏQDİMAT MƏRASİMİNDƏ "AZƏRBAYCANIN SƏSİ" İCTİMAİ BİRLİYİNİN SƏDRİ MƏŞHƏDİ FAİQ ƏHMƏDOV "QALX AYAĞA AZƏRBAYCAN" ŞEİRİNİ DEMİŞDİR – VİDEO
Oxunub: 943
XƏBƏR LENTİ

Reklam
Məzənnə