10 okt 12:39Oxunub: 46 |

Naxçıvanda şəkərli diabet xəstəliyinin müalicə və profilaktikası istiqamətində mühüm tədbirlər görülüb

Naxçıvanda şəkərli diabet xəstəliyinin müalicə və profilaktikası istiqamətində mühüm tədbirlər görülüb

Səhiyyənin inkişafına göstərilən dövlət qayğısı nəticəsində digər sahələrlə yanaşı, endokrinologiya sahəsində də mühüm irəliləyişlərə nail olunub. Son illər ölkəmiz, o cümlədən Naxçıvanda şəkərli diabet xəstəliyinin müalicə və profilaktikası istiqamətində mühüm tədbirlər görülüb.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bu fikirlər Naxçıvan Muxtar Respublika Xəstəxanasında şəkərli diabet xəstələri il keçirilən görüşdə xəstəxananın baş həkimi Zəbur Bağırov tərəfindən səsləndirilib.

Z.Bağırov qeyd edib ki, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanun, 2006-2010-cu və 2011-2015-ci illəri əhatə edən “Şəkərli diabet üzrə Dövlət Proqramı” qəbul olunub. Muxtar respublikada da görülmüş tədbirlər nəticəsində bu qəbildən olan xəstələrin dərman və özünənəzarət vasitələri ilə təmin olunması xeyli yaxşılaşıb. Hazırda muxtar respublikada xəstələrə şəkərölçmə cihazı, test çubuqları və dərmanlar pulsuz verilir.

Sonra xəstəxananın endokrinologiya şöbəsinin müdiri Aysel Dünyamalıyevanın “Şəkərli diabet nədir”, həkim-endokrinoloqlardan Gülşən Həsənquliyevanın “Şəkərli diabet xəstəliyində ağırlaşmalar”, Aysel İsmayılovanın “Şəkərli diabet və qidalanma”, həkim-oftalmoloq Rəhmiyyə Əliyevanın “Şəkərli diabet və göz xəstəlikləri” mövzularında məruzələri dinlənilib.

İsmayil İsmayilov
Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
TƏQDİMAT MƏRASİMİNDƏ
TƏQDİMAT MƏRASİMİNDƏ "AZƏRBAYCANIN SƏSİ" İCTİMAİ BİRLİYİNİN SƏDRİ MƏŞHƏDİ FAİQ ƏHMƏDOV "QALX AYAĞA AZƏRBAYCAN" ŞEİRİNİ DEMİŞDİR – VİDEO
Oxunub: 943
XƏBƏR LENTİ

Reklam
Məzənnə