10 okt 12:37Oxunub: 50 |

“Xəmsə” intellektual oyununun qalibləri müəyyənləşib

“Xəmsə” intellektual oyununun qalibləri müəyyənləşib

Naxçıvan şəhərindəki Saat meydanında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə gənclər arasında fərdi olaraq keçirilən “Xəmsə” milli intellektual oyununun qalibləri müəyyənləşib.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, ilk dəfə açıq havada təşkil edilən yarışa böyük maraq göstərilib. Fərdi qaydada keçirilən yarışın reqlamentinə əsasən iştirakçılar öncə qeydiyyatdan keçib və hər bir iştirakçı oyunda iki dəfə iştirak etmək hüququna malik olub. Hər oyunda 4 gənc mübarizə aparıb və mövzular yalnız onlar kürsü arxasına keçdikdən sonra elan edilib.

Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar keçirilən intellektual oyunda 80-dən çox gənc iştirak edib.

Yekun nəticəyə əsasən, Tural Məmmədzadə qalib adını qazanıb. Digər iki pillədə isə Qulu Əlisoy və Zamin İbrahimov qərarlaşıblar. İlk 10 pillədə yer alan iştirakçılara təşkilatçılar tərəfindən fəxri fərman və oxunması zəruri olan kitablar hədiyyə olunub.

Qeyd edək ki, “Xəmsə” milli intellektual oyunu Gənclər və İdman Nazirliyinin sosial şəbəkələrdəki səhifələrində canlı yayımlanıb. İntellektual oyunun keçirilməsində məqsəd gənclərin dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etmək, eyni zamanda gənclərin intellektual oyunlara marağını artırmaqdır.

İsmayil İsmayilov
Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
TƏQDİMAT MƏRASİMİNDƏ
TƏQDİMAT MƏRASİMİNDƏ "AZƏRBAYCANIN SƏSİ" İCTİMAİ BİRLİYİNİN SƏDRİ MƏŞHƏDİ FAİQ ƏHMƏDOV "QALX AYAĞA AZƏRBAYCAN" ŞEİRİNİ DEMİŞDİR – VİDEO
Oxunub: 943
XƏBƏR LENTİ

Reklam
Məzənnə