10 okt 11:53Oxunub: 51 |

Serj Sərkisyan təslim oldu: Paşinyan seçkiyə gedir

Serj Sərkisyan təslim oldu: Paşinyan seçkiyə gedir

Respublikaçılar Partiyası Nikol Paşinyanın istefasından sonra baş nazir vəzifəsinə öz namizədini irəli sürməyəcək.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı RP yayıb.

Partiya bu addımı dekabrda keçiriləcək növbədənkənar parlament seçkisinə mane olmamaq üçün atdığını bildirib.

Qeyd edək ki, bundan öncə Nikol Paşinyan Çiçəklənən Ermənistan Partiyası ilə razılıq əldə edib.

Razılığa əsasən, partiya növbədənkənar seçkinin dekabrda keçirilməsinə dəstək göstərəcək.

Sonradan daşnaklar da dolayısı yolla Paşinyanı dəstəklədiyini bildirib.

Dünən həmçinin Respublikaçılar fraksiyasından olan bir sıra deputat da Paşinyanın yanında olduqlarını açıqladı.

İsmayil İsmayilov
Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
TƏQDİMAT MƏRASİMİNDƏ
TƏQDİMAT MƏRASİMİNDƏ "AZƏRBAYCANIN SƏSİ" İCTİMAİ BİRLİYİNİN SƏDRİ MƏŞHƏDİ FAİQ ƏHMƏDOV "QALX AYAĞA AZƏRBAYCAN" ŞEİRİNİ DEMİŞDİR – VİDEO
Oxunub: 943
XƏBƏR LENTİ

Reklam
Məzənnə