SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Elmar Vəliyevin “sağ əlinə” cinayət işi açıldı: 100 min dollarlıq ittiham

9-10-2018, 15:10 | Oxunub: 8 165 |

Elmar Vəliyevin “sağ əlinə” cinayət işi açıldı: 100 min dollarlıq ittiham

Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi, Elmar Vəliyevin "sağ əli” kimi tanınan Məharət Mustafayevə cinayət işi açılıb.

Emtv/az yerli KIV-' istinadən xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətinin yeni başçısı Niyazi Bayramov tərəfindən işdən azad olunmuş Məharət Mustafayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşlardan müxtəlif məbləğlərdə pul toplaması və digər əməlləri ilə bağlı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edilib.

Müraciətlərə görə idarəyə çağırılan sabiq memara cinayət işi açılıb. Lakin hələlik həbs olunmayıb. Məlumata görə, onun məsuliyyətə cəlb olunmasında yeni icra başçısı da maraqlıdır. Çünki zərərçəkən sakinlər İcra Hakimiyyətinə gələrək kömək istəyirlər. Kimisi Məharət Mustafayevdən torpaq aldığını, lakin buna görə müvafiq sənədlərin verilmədiyini, kimisi pulu ödəsə də tikinti üçün torpaq ayrılmadığını, kimisi də satılmış torpağa görə verilən sənədlərdə ciddi uyğunsuzluqların olduğunu iddia edir. Şikayətçilər arasında daha böyük məbləğlərdə vəsaitdən məhrum olmuş iş adamları da var.

Məlum olub ki, cinayət işi Tutu Əhmədova, Eynulla Kərimov, Asim Kazımov və digərlərinin şikayəti əsasında açılıb və cinayət işi üzrə müəyyən istintaq hərəkətləri də aparılıb, M.Mustafayev bir neçə dəfə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağrılıb.

Şikayətçilər iddia edirlər ki, M.Mustafayev onlara torpaq sahəsi ayıracağı adı altında müxtəlif məbləğlərdə pul alıb, lakin nə vəd olunmuş torpaq verilib, nə də pul geri qaytarılıb. Şikayətçilərdən T.Əhmədova Rusiya vətəndaşıdır və Baş Prokurorluğa yazdığı şikayətdə M.Mustafayevin ondan 100 min dollar aldığını bildirib.

Ismayil Ismayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR