09 okt 14:39Oxunub: 64 |

Gürcüstanda azərbaycanlı keçmiş icra başçısının məhkəməsində qalmaqal yaranıb

Gürcüstanda azərbaycanlı keçmiş icra başçısının məhkəməsində qalmaqal yaranıb

Gürcüstanın Rustavi şəhər Məhkəməsində Marneuli rayonunun keçmiş icra başçısı Temur Abazovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, məhkəmədə iş üzrə iki şahid dindirilib.

T.Abazovun vəkili Qagi Mosiaşvili deyib ki, müdafiə etdiyi şəxsin günahı sübuta yetirilməyib: “İttihamları fiziki olaraq sübut etmək mümkün deyil. Şahidlərin ifadələri Temur Abazovla əlaqəli deyil”.

Prokuror Levan Lazariaşvili isə müdafiə tərəfinin fikirlərini qəbul etməyərək, T.Abazovun və iş üzrə adı keçən üç nəfərin günahını sübuta yetirən telefon danışıqları, yazışmalar və digər sübutların olduğunu bildirib.

Məhkəmə iclası səs-küy və mübahisə fonunda davam etdirilib.

Hakimin qərarı ilə iş üzrə növbəti məhkəmə iclası oktyabrın 18-nə təyin olunub.

Qeyd edək ki, T.Abazov bu il iyunun 13-də Marneuli rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb.

İsmayil İsmayilov
Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
TƏQDİMAT MƏRASİMİNDƏ
TƏQDİMAT MƏRASİMİNDƏ "AZƏRBAYCANIN SƏSİ" İCTİMAİ BİRLİYİNİN SƏDRİ MƏŞHƏDİ FAİQ ƏHMƏDOV "QALX AYAĞA AZƏRBAYCAN" ŞEİRİNİ DEMİŞDİR – VİDEO
Oxunub: 943
XƏBƏR LENTİ

Reklam
Məzənnə