17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Paşinyan arvadını Qarabağa NƏ ÜÇÜN GÖNDƏRDİ? - İrəvandan ŞOK GEDİŞ
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyanın Rusiyadan olan qadınları başına toplayaraq Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gəlişi və təmas xəttində “sülh mesajları” verməsi ermənilər tərəfindən də birmənalı qarşılanmayıb.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Ermənistan mediası ölkəni idarə edən ər-arvadı qorxaqlıqda ittiham edib.
Erməni şərhçi Romella Mnasakanyan yazır ki, Anna Hakopyanın özü ilə Qarabağa gətirdiyi qadınlar Rusiyada Putinə qarşı çıxan şəxslərdir: “Bu, demokratik prinsiplər fonunda normal görünə bilər. Lakin Paşinyanın həyat yoldaşının rusiyalı qadınlarla Qarabağda “sülh mesajları” verməsi əslində Moskvaya yarınmaq gedişidir və bu prosesi yeni hakimiyyət əvvəldən aparır”.
R.Mnasakanyan qeyd edir ki, cəbhədə daim döyüşlər gedir və rəqibin güclü ordusu erməni hərbçiləri qarşısında olduqca böyük görünür: “Lakin sadə erməni uşaqları oliqarx övladlarından fərqli olaraq postda dayanırlar. Hakopyanın təmas xəttində verdiyi mesajlarsa hakimiyyətin qorxaqlığının nümayişidir. Hərçənd, onların Rusiyaya hesablanmış gedişləri də baş tutmur. Çünki Rusiya mediası bu səfər haqqında bir cümlə də yazmadı. Bu, Moskvanın Bakıya dəstəyinin açıq nümunəsidir”.
İsmayil İsmayilov
Emtv.az