SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

PKK terrorçularının xain planı ələ keçdi: AKP rəsmilərinə qarşı sui-qəsd, mülki insanların qətli…

9-10-2018, 11:59 | Oxunub: 6 217 |

PKK terrorçularının xain planı ələ keçdi: AKP rəsmilərinə qarşı sui-qəsd, mülki insanların qətli…

PKK-ya qarşı həyata keçirilən əməliyyatlar zamanı terrorçuların fəaliyyəti ilə bağlı “əl kitabı” ələ keçirilib. Ələ keçirilən “Əl kitabı”nda qan donduran bilgilər ortaya çıxıb. Kitabda hətta terrorçulara lazımi məqamlarda “donuz kimi toplu halında hərəkət etmək” kimi qaydalar da əksini tapıb.

Emtv.az xəbər verir ki, “Əl kitabı”nda terrorçulara terror aktlarını necə həyata keçirmə qaydaları, türk əsgərinə qarşı xain planların necə qurulması əksini tapıb.

Kitabda Türkiyə ərazilərində yolların minalanması, müxtəlif xain planların qurulması kimi təlimatlar əksini tapıb. Kitabda Türkiyəyə qarşı hücumların həyata keçirilməsi tapşırıqları açıq şəkildə yer alıb.

Belə ki, terrorçulara Türkiyə ordusunun anti-terror əməliyyatlarının qarşısının alınması üçün hər cür vasitədən istifadə edilməsi tövsiyə olunur. Kitabda PKK-çılara terror aktları ilə bağlı ən yeni taktikalar və metodların tətbiqi ilə bağlı qaydalar yer alıb.

Yeni taktikaya əsasən, təkcə hərbçilər deyil, mülki insanlar, xüsusən da hakim AKP-li rəsmilərə qarşı sui-qəsdlərin edilməsi əksini tapıb.

Türkiyə ordusunun terrorizmə qarşı fərqli taktik, texniki qaydalar tətbiq etməsi PKK terrorçularını çıxılmaz duruma salıb. Ona görə də kitbada insanı heyrətləndirəcək dərəcədə “şeytani” hərkətlərə əl atmaq belə əksini tapıb. Belə ki, görüntü çəkən aparatların, xüsusən da pilotsuz uçan aparatların (PUA) çəkilişlər etməsini çətinləşdirmək üçün terrorçulara paltarlarına palçıq sürtməsi, islatması, neylon paltar geymək, başa çuvalların keçirilməsi kimi tövsiyələr verilir.

Hətta türk əsgərindən qaça bilməyən terrorçulara “donuz kimi toplu halında hərəkət etmək” təlimatı verilir. “Döyüşçünün əl kitabı” xüsusilə ABŞ-ın Suriyada PYD/YPG terrorçularına verdiyi ən son təlimləri xatırladır.

Təlimatlarda həmçinin Türkiyə ordusu ilə qarşı-qarşı gəlməkdən, xüsusən də gündüz vaxtı döyüşə girməkdən qaçmaq tövsiyə olunur. Terrorçulara əsasən Türkiyə ordusuna qarşı xain planların həyata keçirilməsi, lazımi məqamda isə yaşayış məntəqələrinə girməsi məsləhət görülür. Terrorçulara kəndlərdə özlərinə xəbərçilər axtarmaq tövsiyə olunur.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR