05 okt 12:53Oxunub: 63 |

Sabiq silahdaşından Paşinyana sərt ittihamlar: “O, əksinqilabçıları öz komandasında axtarsın”

Sabiq silahdaşından Paşinyana sərt ittihamlar: “O, əksinqilabçıları öz komandasında axtarsın”

“Nikol Paşinyan parlamentdə Ermənsitanın baş naziri seçilərkən “Çarukyan” bloku onun baş nazir seçilməsinə səsverənlərin üçdə birini təşkil edib. O zaman öz namizədliyimi verə bilərdim. Lakin bunu etmədim”.

Emtv.az xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” Partiyasının lideri, parlamentdəki “Çarukyan” blokunun rəhbəri Qaqik Çarukyan deyib.

Onun sözlərinə görə, zamanında Paşinyan həbs ediləndə onun yanında olub: “Nikol Paşinyan, Sasun Mikaelyan, Ararat Mirzoyan həbs edilındə onları ilk müdafiə edib, yanında mən oldum. Hələ onda heç kimi Sarkisyanın istefasına nail olacağına inanmırdı bə ağlından belə keçirmirdi. O zaman mənim Serj Sarkisyanla çox sərt danışığım oldu. Serj Sarkisyan mənə zəng etdi və ona cavab olaraq dedim ki, mən müxalifətçiyəm və müxalifətçi həmkarlarımla bir cərgədəyəm”.

Barəsində əksinqilabçı dəstəyə qoşulması ilə bağlı səslənən fikirlərə gəldikdə Çarukyan deyib ki, o, inqibaçıların silhdaşı olub: “Amma baxın görün, bunlar nə edir? 5 maşın bir-birinin ardınca gedəndə saxlayır və maşındakı insanları asflata yıxırlar. Nə üçün? Tam əsuliyyətlə deyirəm, bu gün baş nazir Paşinyan əksinqilabçıları öz komandasında axtarsın”.

İsmayil İsmayilov
Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
TƏQDİMAT MƏRASİMİNDƏ
TƏQDİMAT MƏRASİMİNDƏ "AZƏRBAYCANIN SƏSİ" İCTİMAİ BİRLİYİNİN SƏDRİ MƏŞHƏDİ FAİQ ƏHMƏDOV "QALX AYAĞA AZƏRBAYCAN" ŞEİRİNİ DEMİŞDİR – VİDEO
Oxunub: 943
XƏBƏR LENTİ

Reklam
Məzənnə