SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

İranlı teleaparıcı “Qarabağ”ı aşağıladı, Güney Azərbaycanlı azarkeşlər isə…

5-10-2018, 12:33 | Oxunub: 5 444 |

İranlı teleaparıcı “Qarabağ”ı aşağıladı, Güney Azərbaycanlı azarkeşlər isə…

İran telekanallarından birinin idman şərhçiləri “Qarabağ” komandasını lağa qoyublar.

Emtv.az xəbər verir ki, hadisə oktyabrın 3-də “İdman raportu” (Quzariş vərzeşi) televiziya verilişində baş verib.

Videoda göründüyü kimi, iki aparıcı “Qarabağ” komandasının adı və Azərbaycandan bir komandanın Avropa Liqasında iştirak etməsinə gülür.

Məhəmmədrza Əhmədi ““Arsenal” cümə axşamı günü “Qarabağ”la oynayacaq” deyərək gülür. Digər aparıcı Rza Cavdani isə ““Arsenal” hara ilə oynayacaq?” deyərək söhbətə qatılır.

“Qarabağ” komandası ilə bağlı bir neçə cümlə danışan iki aparıcı canlı verilişdə Azərbaycana qarşı nifrətlərini bu şəkildə nümayiş etdiriblər.

Axar.az saytı isə xəbər verir ki, “Qarabağ”- “Arsenal” qarşılaşmasını izləməyə gələn İran millisində oynayan soydaşımız arenada çəkiliş edərək aparıcının hərəkətinə öz münasibətini göstərib:

“İndi Bakıda “Qarabağ”la “Arsenal”ın oyunudur. Uduzaq, ya udaq – heç fərq eləməz. O aparıcı ki televiziyada məsxərə edir, burada olsaydı, utanardı. Bu azarkeşləri ki görürsünüz, “Qarabağ”ın azarkeşləridir. Arzum odur ki, müvəffəq olaq. Yaşasın “Traktor”umuz, yaşasın “Maşınsazı”mız, yaşasın “Qarabağ”ımız, yaşasın Azərbaycan! Uduzmaq-udmaq bizim üçün mühüm deyil, mühüm olan birliyimizdir. O aparıcı isə bir az utansa, düşünürəm ki, yaxşı olar”.

Güneyli soydaşlarımız isə “Qarabağ” – “Arsenal” qarşılaşmasını izləməyə gələrək komandamıza öz dəstəklərini göstəriblər.

Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR