SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Rusiyadan Ermənistana sərt ittihamlar : “Mnaçakyan futbol oynayır, Paşinyan basketbol, nəticədə tennis alınır”

2-10-2018, 12:19 | Oxunub: 8 550 |

Rusiyadan Ermənistana sərt ittihamlar : “Mnaçakyan futbol oynayır, Paşinyan basketbol, nəticədə tennis alınır”

Paşinyanın cəhdlərinə baxmayaraq, İrəvanla Moskva arasındakı buzlar ərimir. Bu bütün səviyyələrdə özünü göstərməkdədir. Moskva İrəvana olan etimadsızlığını açıq şəkildə bəyan etməkdədir.

İrəvanı təkcə Moskvanın Ermənistana olan bu münasibəti deyil, eyni zamanda, Azərbaycana olan isti münasibəti ciddi narahat etməkdədir. Rusiyalı politoloqlar Paşinyan və onun komandasının bir-birinə ziddiyyətli bəyanatlarını siaysətçiyə, xüsusən də dövləti idarə edən şəxsə uyğun olmayan xarakter hesab edirlər.

Ermənistan hakimiyyətinin hesablanmamış xaotik siyasi kursu ilə bağlı erməni mediasında da geniş yer verilməkdədir.

Emtv.az xəbər verir ki, rusiyalı politoloq Stanislav Tarasov “1in.am” portalın açıqlamasında da Paşinyan və onun komandasının qeyri-professional, ardıcıl olmayan, verdiyi bəyantın əməli fəaliyyətini təkzib edən siyasətini tənqid edib.

Qarabağ münaqişəsi ilə bağlı Paşinyanın yürütdüyü siyasi kursa toxunan rusiyalı politoloq bildirib ki, Paşinyan bir yandan Dağlıq Qarabağın danışıqların tərəfi olmasını bəyan edir, o biri tərəfdən isə onun xarici işlər naziri münaqişənin sülh yolu ilə tənzimlənməsi istiqamətindəki mövcud prinsiplər üzərində azərbaycanlı həmkarı ilə görüş keçirir.

“Əgər Paşinyan Qarabağı tərəf kimi elan edirsə, bəs onda niyə müstəqilliyini tanımır? Paşinyan niyə bu addımı atmır?

İkincisi, əgər gündəlikdə hər hansı msəslə yoxdursa, belə olan vəziyyətdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü anlamaq olmur. Axı mövcud danışıqlar prosesində Vyana və Sankt-Peterburq sazişlərinin qorunub saxlanmasıdır. Yaxşı. Sarkisyanı Qarabağla bağlı qapalı diplomatiya yürütməkdə ittiham edirlər. İndi hakimiyyətə yeni insan gəlib. Bəs o niyə köhnələrin oyun qaydası ilə oynayır. Belə çıxır ki, Ermənistanın xarici işlər naziri Zöhrab Mnaçakyan futbol oynayır, baş nazir Paşinyan – basketbol, nəticədə isə tennis oyunu alınır”– Tarasov bildirib.

Paşinyanın Qarabağla bağlı siyasətini başadüşülən hesab etməyən rusiyalı politoloq deyib ki, bu qeyri-müəyyənliyin isə sonu yoxdur.

Rusiya-Azərbaycan münasibətlərinə toxunan Tarasov son dövrlərdə iki ölkə arşında çox isti münasibətlərin yarandığını qeyd edib. Bildirib ki, məhz bu isti münasibətlərin nəticəsi olaraq Putinlə Azərbaycan prezidenti arasında bir ay ərzində iki dəfə görüş olub.

“Sentyabrın 1-də Putin Soçidə görüşün nəticəsi olaraq bütün sahələri əhatə edən 17 sənəd imzalanıb. Bu sənədlər arasında hərbi-texniki sahədə əməkdaşlığı əhatə edir. Baxmayaraq ki, Rusiya ilə Ermənistan müttəfiqdir, ancaq iki ölkə arasında belə münasibət yoxdur. Bu münasibətlər İrəvanla Moskva arasında mövcud olmalı idi. Çünki Ermənistan KTMT və Avrasiya İqtisadi İttifaqının üzvüdür. Lakin Ermənistanın indi yürütdüyü xarici siyasət başa düşülən deyil. Bir yandan Ermənistan Rusiyanı öz müttəfiq olduğunu bəyan edir, digər tərəfdən isə başqa tərəfdaş axtarışına çıxıb. Azərbaycansa Ermənistandan fərqli olaraq Rusiya ilə münasibətlərini yaxşılaşdırmağa çalışır”– Tarasov deyib.

Cənubi Qafqaz bölgəsində baş verən proseslərə toxunan rusiyalı politoloq deyib ki, Gürcüstan NATO-nun tərəfdarıdır, bu məntiqlə çıxış edilsə, Azərbaycan da potensial anti-Rusiya mövqeyi sərgiləməli idi: “Ermənistan isə Rusiyanın bölgədə yeganə müttəfiqidir. Lakin biz bunun əksinin şahidi oluruq. Ermənistan bu gün Gürcüstan modelini seçir. Azərbaycan isə Rusiya ilə hərbi-siyasi əməkdaşlığını gücləndirir”- o bildirib.

Politoloq İrəvanda fərqli düşüncə olduğunu qeyd edib: “Bu da İrəvanda qeyri-stabil hakimiyyətin mövcudluğu ilə bağlıdır. Ölkədə növbədənkənar parlament seçkiləri keçirilməlidir ki, vəziyyət sabitliyə doğru getsin. Ortada bir sıra variantlar mövcuddur ki, biz onları səsləndirməkdən qorxuruq. Ona görə ki, Ermənistan hələlik Rusiyanın müttəfiqi hesab olunur”.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR