SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

"Ermənistan Azərbaycanla danışıqları sıfırdan başlamaq niyyətindədir"

1-10-2018, 16:53 | Oxunub: 6 302 |

"Ermənistan Azərbaycanla danışıqları sıfırdan başlamaq niyyətindədir"

"Ermənistanın baş naziri Nikol Paşinyanın müsbət fikirlər bildirməsi Azərbaycan Prezidenti İlham Əliyevlə qarşılıqlı etimad yaratmaq niyyətindən irəli gəlirdi".

Emtv.az xəbər verir ki, bunu report-a Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi işçisi, politoloq Aleksandr Karavayev sentyabrın 28-də Düşənbədə keçirilən MDB Zirvə görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasındakı söhbəti şərh edərkən deyib.

"Ermənistanın baş nazirinə Azərbaycan Prezidenti ilə bu cür qarşılıqlı etimada əsaslanan dialoqa ümidvar olduğunu hamının gözü qarşısında göstərmək lazımdır. Amma bundan hansısa nəticə çıxarmağa tələsmək lazım deyil, çünki hələlik konkret heç bir şey məlum deyil. Məzmunlu danışıqlara başlamayıblar. Ola bilsin, XİN-lər səviyyəsində nəsə bir iş gedir, amma "DQR" üçün danışıqlarda iştirak etmək məsələsi yenidən ortaya atılsa, məsələ yenə dalana dirənəcək, heç bir qarşılıqlı etimad və ya komplimentli ibarələr artıq kara gəlməyəcək", - rusiyalı politoloq vurğulayıb.

A.Karavayevin fikrincə, hazırda Ermənistan tərəfinin Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinə dair danışıqları sıfırdan başlamaq istəyi duyulur, amma bunun üçün əvvəla, müəyyən güzəştlərə hazır olduqlarını göstərməlidirlər: "Bunun üçün qoşunların təmas xəttində sakitlik və mümkün güzəştlərin nümayişi vacibdir. Hələlik buna dair rəsmi açıqlamalar yoxdur".

Ermənistan tərəfindən danışıqlar masasına yeni simaların gəlməsi ilə danışıqlar tərzini dəyişdiklərini "təbii və gözlənilən" olduğunu söyləyən politoloq vurğulayıb ki, hazırda daha yumşaq bir tərz görürük:

Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi işçisi, politoloq Aleksandr Karavayev:

"Amma hələlik Ermənistanın yeni hökumətinin tam şəkil alararaq ayağa qalxması üçün keçid dövrü başa çatmadığı üçün bu yöndə hər hansı mühüm dəyişikliklər barədə danışmaq olmaz. Lakin Nikol Paşinyanın hakimiyyətə gəldikdən sonra Qarabağa səfəri vaxtı açıqlamalarından irəli gələn mənzərəyə inansaq, mövqelərin yumşalması və güzəştlərdən söhbət salmaq Ermənistan ictimaiyyəti tərəfindən dönüklük kimi qəbul ediləcək, bu da parlament seçkiləri zamanı mütləq özünü göstərəcək".

Rusiyanın mövqeyinə toxunan A.Karavayev yüksək həcmdə investisiya və iqtisadi ticari münasibətləri olduğu ölkələrdə gərginliyin azalmasını "yalnız alqışlayacaqları"nı diqqətə çatdırıb.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR