SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Tovuzda yanğın: 1 nəfər zəhərləndi

1-10-2018, 16:52 | Oxunub: 79 |

Tovuzda yanğın: 1 nəfər zəhərləndi

Tovuzda yanğın baş verib.

Emtv.az xəbər verir ki, bu barədə FHN-dən verilən məlumata görə, rayonun Bozalqanlı kəndində ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 1 otağının yanar konstruksiyaları, ev əşyaları 8 kv.m sahədə yanıb, yüksək temperaturdan aynabəndin taxtadan ibarət tavanı qismən qarsalanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR