SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanın səhiyyə müəssisələrində müayinə və müalicə müasir avadanlıqlarla, yeni texnologiyalarla aparılır

1-10-2018, 15:11 | Oxunub: 8 284 |

Naxçıvanın səhiyyə müəssisələrində müayinə və müalicə müasir avadanlıqlarla, yeni texnologiyalarla aparılır

İnsan amili, onun sosial rifahının yüksəldilməsi, qabaqcıl səhiyyə xidməti ilə təmin edilməsi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların mühüm tərkib hissələrindən biridir.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən, bu sözləri Şərur Rayon Mərkəzi Xəstəxanasında keçirilən Səhiyyə Nazirliyinin kollegiya iclasında nazir Niyazi Novruzov deyib.

Səhiyyə naziri bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu alternativsiz inkişaf yolu ölkəmizin hər bir bölgəsində səhiyyə ocaqları üçün yeni binaların tikilərək istifadəyə verilməsində və müasir səhiyyə avadanlıqları ilə təmin edilməsində, həkimlərin peşə hazırlığının diqqət mərkəzində saxlanılmasında mühüm əhəmiyyət kəsb edir.

“Muxtar respublika rəhbərinin diqqət və qayğısı nəticəsində bu gün səhiyyə müəssisələrimizdə dünyanın qabaqcıl şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla, yeni texnologiyalarla müayinə və müalicə işləri aparılır. Şərur Rayon Mərkəzi Xəstəxanası da belə səhiyyə müəssisələrindən biridir” - deyən nazir vurğulayıb ki, burada müasir tibbi avadanlıq və cihazlarla müayinə, müalicə işləri aparılır, humanitar tibbi aksiyaların keçirilməsi ənənə halını alıb. Aztəminatlı ailələrdən olan xəstələrin muxtar respublikadan kənara getmədən mürəkkəb cərrahi əməliyyatlarının təşkili onlara həm maddi, həm də mənəvi dəstəkdir.

Kollegiya iclasında çıxış edən nazirliyin tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov Şərur rayonunda əhaliyə göstərilən səhiyyə xidmətinin vəziyyəti, Naxçıvan Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zeynəb Mənsumova isə Sədərək, Şərur və Kəngərli Rayon Gigiyena və Epidemiologiya mərkəzləri tərəfindən tibbi xidmətin təşkili barədə məlumat veriblər.

Müzakirə olunan məsələlərlə əlaqədar müvafiq qərarlar qəbul edilib.

Sonra kollegiya iştirakçıları Şərur Rayon Mərkəzi Xəstəxanasının maddi-texniki bazası ilə tanış olublar.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR