SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərinin sərgi-satışı təşkil olunub

29-09-2018, 15:37 | Oxunub: 8 645 |

Naxçıvanda sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərinin sərgi-satışı təşkil olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının Tədbirlər Planına əsasən Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərinin sərgi-satışı təşkil olunub.

Emtv.az yerli KİV-ə xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsi müdirinin müavini Sahir Rüstəmov çıxış edərək, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada bütün sahələrdə inkişafa nail olunduğunu bildirib. Qeyd edib ki, sağlamlıq imkanları məhdud şəxslərin və qadınların ictimai-mədəni həyatda iştirakı, onların istedadlarının üzə çıxarılması və məşğulluqlarının təmin edilməsi istiqamətində də ardıcıl tədbirlər görülür. Qadınlar və məhdud fiziki imkanlı şəxslər peşə məktəblərinə cəlb olunur, xalçaçı, dərzi, toxuculuq kimi peşə kurslarında onlara el sənəti nümunələrini hazırlamaq öyrədilir. Bu da onların özünüməşğulluğunu təmin etməklə yanaşı, həm də xalqımızın milli dəyərlərinin və adət-ənənələrinin qorunub yaşadılmasında mühüm əhəmiyyət daşıyır.

Sahir Rüstəmov məhdud fiziki imkanlılar və istedadlı qadınların rəsm və əl işlərindən ibarət növbəti sərgi-satışın təşkil olunmasını bu kateqoriyadan olan şəxslərə dövlət qayğısının daha bir ifadəsi olduğunu bildirib, sərgi-satışın iştirakçılarına uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, qadınların məşğulluğunun təmin olunması da diqqətdə saxlanılır, onların fəaliyyəti üçün hər cür şərait yaradılır. Muxtar respublikada xüsusi istedadları ilə seçilən, rəssamlıq, toxuculuq, el sənəti nümunələrini yaşatmağı özünə fəaliyyət sahəsi seçən və asudə vaxtını bu işlərə sərf edən qadınların sayı artır, yeni yaradıcılıq nümunələri yaradılır.

Muxtar respublika əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxışında qeyd edib ki, bu gün muxtar respublikanın bütün sakinləri kimi, sağlamlıq imkanları məhdud şəxslər də yüksək dövlət qayğısı ilə əhatə olunublar. Naxçıvan Muxtar Respublikasında həyata keçirilən dövlət qadın siyasəti qadınlarımızı cəmiyyətin fəal üzvünə çevirib, onların ictimai həyatda iştirakını təmin edib. Həyata keçirilən bu siyasətin tərkib hissəsi kimi istedadlı qadınların fəaliyyətlərinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Qeyd edək ki, 10 gün davam edəcək sərgi-satışa, ümumilikdə, 188 müəllifin 2427 rəsm əsəri və əl işi çıxarılıb.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR