SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda səmərəli və aktiv fəaliyyətləri ilə seçilən mətbuat xidmətlərinin adları açıqlanıb

29-09-2018, 15:35 | Oxunub: 6 976 |

Naxçıvanda səmərəli və aktiv fəaliyyətləri ilə seçilən mətbuat xidmətlərinin adları açıqlanıb

Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin fəaliyyətinin təşkili və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib.

Emtv.az yerli KİV-ə xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Təhminə Babayeva muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin fəaliyyəti barədə çıxış edib. Bildirib ki, bu ilin iyun-sentyabr aylarında mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin “Şərq qapısı”nda, şəhər və rayon qəzetlərində, ümumilikdə, 913 materialı dərc olunub, teleradiolarda 809 veriliş və xəbər süjeti hazırlanıb. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən bütün mərkəzi icra hakimiyyəti orqanlarının internet saytlarında mətbuat xidməti bölməsi yaradılıb. Yaradılan mətbuat xidmətləri bölmələrində təşkilatların fəaliyyəti ilə bağlı 759 xəbər, hesabat və digər materiallar yerləşdirilib. Lakin Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və “Naxçıvanqaz” İstehsalat Birliyinin internet saytlarında Mətbuat xidməti bölməsi yaradılsa da, aktiv fəaliyyət göstərmir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Ədliyyə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Maliyyə Nazirliyinin, İnsan Hüquqları üzrə Müvəkkil Aparatının, Dövlət Gömrük Komitəsinin, Dövlət Statistika Komitəsinin, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və Dövlət Miqrasiya Xidmətinin rəsmi internet saytlarında təşkilatların fəaliyyəti ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının müasir inkişafını, tarixi-mədəni irsini və turizm potensialını əks etdirən fotoşəkillər və videolar da yerləşdirilərək fəal təbliğat işi aparılır.

“Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Səhiyyə, Mədəniyyət, İqtisadiyyat, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətlərinin əməkdaşları səmərəli və aktiv fəaliyyətləri ilə nümunə göstərilə bilər”, - deyən Təhminə Babayeva qeyd edib ki, adıçəkilən qurumların mətbuat xidmətləri tərəfindən “Şərq qapısı”, şəhər və rayon qəzetlərinə, eləcə də televiziya və radiolara təqdim edilən materiallar, ümumilikdə, mətbuat xidmətləri tərəfindən verilən materialların 60 faizindən çoxunu təşkil edir. Aparılan təhlillər nəticəsində məlum olub ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Mərkəzi Seçki Komissiyasının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətləri hələ də işini günün tələbləri səviyyəsində qura bilmirlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Ümid Qurbanov çıxış edərək deyib ki, ötən dövrdə verilən tapşırıqlara uyğun olaraq komissiya tərəfindən mətbuat xidmətləri əməkdaşlarının ödənişsiz attestasiyası və vakant mətbuat xidməti yerlərinə müsabiqə keçirilib. Attestasiyanın test-imtahan mərhələsində 16 mətbuat xidməti əməkdaşı iştirak edib, onlardan 11-i esse mərhələsində iştirak etmək hüququ qazanıb və bu mərhələni keçib. 8 vakant mətbuat xidməti yerinin tutulması üçün keçirilən müsabiqənin test-imtahan mərhələsində 20 namizəd iştirak edib və onlardan 5-i müvafiq keçid balını toplayıb. Həmin namizədlərdən 4-ü esse mərhələsində də uğur qazanaraq Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyində, İnsan Hüquqları üzrə Müvəkkil Aparatında (Ombudsman) və Dövlət Energetika Xidmətində mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifələrinə təyin olunub.


Muxtar respublika Televiziya və Radio Şurasının üzvü Sara Əzimova və Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov tədbirdə çıxış ediblər. Qeyd olunub ki, muxtar respublikada fəaliyyət göstərən teleradio və qəzetlərdə əməkdaşlıq üçün lazımi şərait yaradılıb. Ötən 4 ayda mərkəzi icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında informasiya-məlumatlandırma işinin təşkili təhlil olunaraq monitorinq aparılıb, mətbuat xidmətləri tərəfindən təqdim edilən materialların keyfiyyəti diqqətdə saxlanıb. Çıxış edənlər yol verilən nöqsanları diqqətə çatdırıb və səmərəli əməkdaşlıq imkanları barədə təkliflər veriblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülvi Hüseynli çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin mətbuat xidmətlərinin fəaliyyətinin təşkili sahəsində müəyyənləşdirdiyi vəzifələrin icrası daim diqqət mərkəzində saxlanılır. Verilən tapşırıqlara uyğun olaraq, bu ilin may ayında mətbuat xidmətlərinin fəaliyyəti ilə bağlı müşavirə keçirilib və bu sahədə mühüm istiqamətlər müəyyənləşdirilib. Müşavirədən ötən dövrdə tapşırıqların icrası diqqətdə saxlanılıb, aidiyyəti üzrə tədbirlər görülüb. Lakin hələ də bir sıra mətbuat xidmətləri işini günün tələbləri səviyyəsində qura bilmir, nöqsanlara yol verilir, informasiya siyasəti düzgün aparılmır.

Qeyd olunub ki, internet saytlarındakı “Mətbuat xidməti” bölməsi daim yenilənməli, yeni məlumatlarla zənginləşdirilməlidir. Təşkilatların fəaliyyəti ilə bağlı aylıq materialların hazırlanması və kütləvi informasiya vasitələrinə təqdim olunması davam etdirilməli, bu zaman keyfiyyətə xüsusi diqqət yetirilməlidir. Müşavirədən ötən dövrdəki fəaliyyət təhlil olunarkən aydın olub ki, mətbuat xidmətləri tərəfindən teleradio və qəzetlərə, əsasən, xəbər mətnləri göndərilib, təşkilatların fəaliyyəti ilə bağlı məqalələrə az yer verilib. Mətbuat xidmətləri analitik materialların hazırlanmasını da diqqətdə saxlamalı, qəzetlərdə məqalələri dərc olunmalı, teleradio verilişləri hazırlanmalıdır. Maarifləndirici verilişlərin sadə dildə və başadüşülən formada təqdimatı vacib məsələdir.

Dövlət proqramlarının əhəmiyyəti, eləcə də icra vəziyyəti haqqında materialların hazırlanması və ictimaiyyətə təqdim olunması işi zəif qurulub. Mətbuat xidmətləri bu sahədə üzərlərinə düşən vəzifələrə səthi yanaşırlar. Növbəti aylardan etibarən müvafiq mətbuat xidmətləri bu işdə aktivliyi artırmalıdırlar. Naxçıvan Muxtar Respublikasının müasir inkişafı, tarixi-mədəni irsi və turizm potensialı haqqında internet saytlarında fəal təbliğat işi aparılmalıdır. Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurası və Naxçıvan Mətbuat Şurası mətbuat orqanları üçün rüblük monitorinqlər hazırlayarkən mətbuat xidmətlərinin fəaliyyətini də təhlil etməli, muxtar respublikanın kütləvi informasiya vasitələri ilə dövlət orqanlarının mətbuat xidmətlərinin qarşılıqlı əməkdaşlığına dair hesabatlar hazırlanmalıdır.

Tədbirdə qeyd olunub ki, bundan sonra da mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin fəaliyyətinin gücləndirilməsi və işin kütləvi informasiya vasitələri ilə qarşılıqlı şəkildə qurulması diqqətdə saxlanılacaq, qarşıya qoyulan vəzifələrin icrasına tam nail olunacaq.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR