SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“FETÖ-nün yüzlərlə üzvü Almaniyadadır” – Ərdoğan faktları Merkelin üzünə söylədi

28-09-2018, 13:32 | Oxunub: 5 599 |

“FETÖ-nün yüzlərlə üzvü Almaniyadadır” – Ərdoğan faktları Merkelin üzünə söylədi

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla təkrar görüşümüz olacaq. Almaniya sabit bir Türkiyənin varlığını istəyir”.

Emtv.az xəbər verir ki, bunu Almaniyanın kansleri Angela Merkel Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ərdoğanla görüşdə qaçqınlar məsələsini müzakirə ediblər: “ Türkiyə qaçqın məsələsində yüksək səviyyə nümayiş etdirməkdədir. Suriyadan gələn 3 milyondan artıq qaçqına ev sahibliyi edir. Görüşdə eyni zamanda İdlib məsələsini müzakirə etdik. İdlibdə çox mürəkkəb durum mövcuddur. Ona görə də oktyabrın ortalarında Suriya ilə bağlı Türkiyə, Rusiya, Fransa dövlət başçılarının iştirakçıları ilə bir toplantı keçirməyi planlaşdırırıq. Məüyyən məsuliyyətlər var”.

Merkel əlavə edib ki, terrorizmə qarşı mübarizə məsələsində də işbirliyini davam etdirmək fikrindədir: “Bu məqsədlə daxili işlər nazirliklərinin birgə fəaliyyətini canlandırmaq istəyirik. Xarici işlər nazirlikləri çox yaxşı fəaliyyət göstərirlər”.

Ərdoğan isə öz növbəsində bildirib ki, oktyabr ayında Merkel böyük bir nümayəndə heyəti ilə Türkiyəyə səfər edəcək: “Görüşdə ikitərəfli əlaəqlərimizin gələcəkdə necə inkişaf etdirəcəyimiz barədə fikir mübadiləsi apardıq”.

Türkiyənin Avropa İttifaqı arasındakı viza rejimi məsələsinə toxunan Ərdoğan deyib ki, bu məsələdə nəzərdə tutulan 6 kriteriya qısa zaman ərzində aradan qalxacaq: “İstər viza rejiminin, istərsə də gömrüklə bağlı məsələlər sadələşdirilərsə və əlaqələr gücləndirilərsə, bu, Türkiyə və Aİ-nin xeyrinə olacaq”.

PKK və FETÖ terror təşkilatları ilə bağlı birgə fəaliyyət məsələsi ilə bağlı verilən sualı Merkel belə cavablandırıb: “PKK Almaniyada qadağan olunub. Bütün aktivləri də qadağan edilib.Bu gün bunun detallarını müzakirə etməsək də, əvvəllər bu barədə çox müzakirələr aparmışıq. FETÖ məsələsinə gəldikdə isə Ankaranı yaxşı anlayırıq, lakin bununla bağlı biz daha çox bilgi lazımdır. PKK ilə bağlı da daha çox bilgi əldə etmək istəyirik. Çünki Almaniyada da axtarışda olanlar var. Hələ ki, bu məsələlərdə elə də lazımi nəticə əldə edə bilməmişik. Bəzi insanların Almaniyada olub-olmamasına əmin deyilik”.

Ərdoğan isə bildirib ki, bu gün minlərlə PKK terrorçusu Almaniyada məskunlaşıb. “Onların dağınıq halda yerləşməsi başqa söhbətdir. FETÖ-yə gəlincə isə deyə bilərəm ki, bu təşkilatın yüzlərlə mənsubu Almaniyadadır. Lazım olarsa, bizim xəfiyyə orqanlarının birgə fəaliyyəti ilə onların yerini müəyyən etmək olar”.

Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR